Avropa İttifaqının komissarı Ağdama səfər edib

Avropa İttifaqının (Aİ) genişlənmə siyasəti üzrə komissarı Marta Kos Ağdam şəhərinə səfər edib. SİA-nın bölgə müxbiri xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov qonağa Ağdam, Füzuli və Xocavənd rayonlarında həyata keçirilən tikinti-quruculuq işləri, reallaşdırılan layihələr haqqında məlumat verib. Aİ-nin komissarı Marta Kos sonra Ağdamın Sarıcalı kəndi ərazisində aparılan minatəmizləmə fəaliyyəti ilə tanış olub. O, Ermənistan tərəfindən ərazilərin minalarla çirkləndirilməsi, bu istiqamətdə aparılan təmizləmə işləri barədə məlumatlandırılıb. Bildirilib ki, 2020-ci ilin noyabr ayından 2025-ci ilin sentyabrın 17-dək Qarabağda və Şərqi Zəngəzurda aparılan minatəmizləmə əməliyyatları nəticəsində 227 min 713,3…

Daha çox

“Alternativ enerji mənbələrinin genişləndirilməsi dövrün əsas tələbədir”

“Müasir dövrdə nəqliyyat vasitələrinin ekoloji təsiri qlobal problemlərdən biri kimi qəbul olunur”. Bu fikirləri ekoloq Ənvər Əliyev SİA-ya açıqlamasında bildirib. O qeyd edib ki, avtomobillərin sayı artdıqca onların atmosferə atdığı tullantıların həcmi də çoxalır: “İlk baxışda elektrik nəqliyyatı vasitələri ekoloji cəhətdən daha təmiz hesab edilsə də, unutmamalıyıq ki, elektrik enerjisi havadan əldə edilmir. Onun böyük hissəsi istilik elektrik stansiyalarında hasil olunur və bu prosesdə neft, qaz kimi yanacaqlar yandırılaraq atmosferə karbon qazı və digər zərərli maddələr buraxılır. Beləliklə, ümumilikdə götürüldükdə tullantıların miqdarı azalmasa da, onların mənbəyi dəyişir. Bakı şəhərində avtomobillərin…

Daha çox

Parlamentin Gənclər və idman komitəsinin qarşıdakı sessiya üçün iş planı təsdiqlənib

Sentyabrın 18-də Milli Məclisin Gənclər və idman komitəsinin cari ilin payız sessiyasında ilk iclası keçirilib. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya bildirilib ki, komitə sədri Şahin İsmayılov çıxış edərək gündəliyə 2 məsələnin daxil edildiyini bildirib. O, əvvəlcə 2025-ci ilin yaz və növbədənkənar sessiyaları dövründə Gənclər və idman komitəsində görülən işlər barədə məlumat verib. Qeyd edib ki, sessiya ərzində komitəyə vətəndaşlardan, idarə və təşkilatlardan 85 ərizə daxil olub, müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti dövlət qurumlarına göndərilib. Həmçinin komitə üzvləri vətəndaşlarla çoxsaylı görüşlər keçirib, onları narahat edən məsələlərin həlli istiqamətində…

Daha çox

Yeddi yaşayış məntəqəsi azad edildi

Ukrayna prezidenti Ukrayna Silahlı Qüvvələrinin Donetsk vilayətində əks-hücum əməliyyatından danışıb. …Ukrayna Müdafiə Qüvvələri Donetsk vilayətində Dobropillya və Pokrovsk yaxınlığında əks-hücum əməliyyatı keçirir. 160 kvadrat kilometr ərazi azad edilib, Rusiya itkiləri isə 1000 əsgəri keçib. SİA-nın məlumatına görə, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski sentyabrın 18-də müraciətində bildirib. Zelenski Donetsk sektoruna işgüzar səfərə gəlib. Orada o, hərbçilərə dövlət mükafatlarını təqdim edib və Donetsk vilayətində əks-hücumun ilkin nəticələri haqqında məlumat verib. …Hazırda biz əks-hücum əməliyyatlarımızdan birini Donetsk sektorunda, Pokrovsk və Dobropillya yaxınlığında keçiririk. Gərgin döyüşlər gedirdi, lakin…

Daha çox

Verter effekti nədir?

“Verter effekti” mediada intihar hadisələrinin geniş və romantik şəkildə işıqlandırılmasının ardından, oxşar intiharların artması fenomenini izah edən psixoloji və sosioloji termindir. Bu termin sosial yoluxma və modelləşdirmə nəzəriyyələrinə əsaslanır. Bəs, bu effekt ilk dəfə necə kəşf edilib? Effekt ilk dəfə 1974-cü ildə amerikalı sosioloq David Phillips tərəfindən elmi şəkildə izah edilib. Bu termin alman yazıçısı Yohann Volfqanq Götenin 1774-cü ildə yazdığı “Gənc Verterin iztirabları” romanından götürülüb. Romanda Verter adlı gənc, qarşılıqsız sevgiyə dözməyib intihar edir. Kitab yayımlandıqdan sonra Avropada bir çox gəncin eynilə Verter kimi geyinib, eyni səbəblərlə intihar etdiyi…

Daha çox

Ədliyyə naziri Naxçıvanda səfərdədir

Sentyabrın 18-də Azərbaycan Respublikasının ədliyyə naziri Fərid Əhmədov Naxçıvan Muxtar Respublikasına səfərə gəlib. SİA-nın bölgə müxbiri xəbər verir ki, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli və ədliyyə naziri Fərid Əhmədov Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzindəki abidəsini ziyarət edib, önünə tər güllər düzüb, xatirəsinə dərin ehtiramlarını bildiriblər.

Daha çox

Bakıda və rayonlarda güclü külək əsəcək

Azərbaycanda sentyabrın 19-dan 21-i səhərədək gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib. SİA xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında, eyni zamanda əksər rayonlarda fasilələrlə şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək. Bu da sarı xəbərdarlığa uyğundur. Naxçıvan MR, Kəlbəcər, Gəncə, Naftalan, Goranboy, Qazax, Ağstafa, Şəmkir, Tovuz, Daşkəsən, Qusar, Xaçmaz, Şabran, Xızı, Siyəzən, Neftçala, Yevlax, Mingəçevir, Bərdə, Tərtər, Neftçala, Ağcabədidə şimal-qərb küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək. Bu isə narıncı xəbərdarlıq deməkdir.

Daha çox

“Qış turizminin inkişafı fasiləsizliyi təmin edəcək”

“Azərbaycanda turizmin inkişafı istiqamətində əsas hədəflərdən biri bu sahədə fərqliliyin təmin edilməsidir”. Bu fikirləri millət vəkili Vüqar Bayramov SİA-ya açıqlamasında bildirib. O, qeyd edib ki, turizmdə rəngarəngliyin yaradılması isə yalnız yay və müalicəvi turizmlə məhdudlaşmır, eyni zamanda qış turizminin inkişafı da xüsusi əhəmiyyət daşıyır: “Müşahidələr göstərir ki, Azərbaycana gələn əcnəbi turistlərin ən çox ziyarət etdiyi məkanlardan biri məhz Qusar rayonudur. Bu fakt birbaşa olaraq rayonun qış turizmi potensialı ilə bağlıdır. Şahdağ qış-yay turizm kompleksi kimi layihələrin həyata keçrilməsi nəticəsində Qusar həm yerli, həm də xarici turistlərin əsas seçim məkanına çevrilmişdir.…

Daha çox

Baş nazir Əli Əsədov Bişkekdə Qırğızıstan Prezidenti Sadır Japarovla görüşüb

Sentyabrın 18-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Bişkek şəhərinə işgüzar səfəri çərçivəsində Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin Baş nazirlərinin/Vitse-prezidentinin Qırğız Respublikasının Prezidenti Sadır Japarov ilə görüşündə iştirak edib. Bu barədə SİA-ya Nazirlər Kabinetinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Qırğızıstan Prezidenti Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin Baş nazirlərinin/Vitse-prezidentinin ilk görüşünün iştirakçılarını salamlayıb. Ə.Əsədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salamlarını və ən xoş arzularını Qırğız Respublikasının Prezidenti Sadır Japarova çatdırıb. Baş nazir, həmçinin Azərbaycan-Qırğızıstan strateji tərəfdaşlıq əlaqələrinin gündəliyində duran aktual məsələlərə toxunub.

Daha çox

Dövlət Komitəsi yanında İctimai Şuraya seçkilər keçirilib

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın yeni tərkibinin müəyyən olunması üçün seçki keçirilib. Bu barədə SİA-ya Dövlət Komitəsinin Mətbuat xidmətindən məlumat verilib. Dövlət Komitəsi sədrinin 15 aprel 2025-ci il tarixli əmri əsasında seçki komissiyası yaradılıb. Dövlət Komitəsi nümayəndələrindən 4 üzv, vətəndaş cəmiyyəti institutlarından 5 üzv olmaqla 9 nəfərdən ibarət Seçki komissiyası seçkiləri təşkil edib. 16 namizədin sənədləri rəsmi qeydiyyata alınıb. Seçki prosesinin sonunda səslər komissiya üzvləri tərəfindən hesablanıb. Seçkilərin şəffaflığını təmin etmək məqsədi ilə şəffaf seçki qutuları qoyulub. Seçkilərin nəticəsinə əsasən, aşağıdakı şəxslər İctimai Şuranın…

Daha çox