Sentyabrın 18-də Qarabağ Dirçəliş Fondunun (QDF) təşkilatçılığı ilə “Regional sülh, əməkdaşlıq və Qarabağın dirçəlişinə strateji baxış” mövzusuna həsr olunan forum keçirilib. SİA xəbər verir ki, Anım Gününün beşinci ildönümü ərəfəsində “Qarabağ Dirçəliş Fondunun Dostları” işgüzar platforması çərçivəsində təşkil olunan tədbirdə dövlət və hökumət rəsmiləri, QDF-in donor və tərəfdaşları, ictimaiyyət və media nümayəndələri iştirak ediblər. İlk olaraq Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev “Dayanıqlı gələcəyin qurulmasında yaddaşın rolu” mövzusunda təqdimatla çıxış edərək…
Daha çoxDay: September 18, 2025
FHN-in Cənub Regional Mərkəzi mülki müdafiə kursları keçirib
Fövqəladə Hallar Nazirliyinin (FHN) Cənub Regional Mərkəzi tərəfindən mərkəzin əhatə etdiyi ərazidə yerləşən ümumi təhsil məktəblərinin və onlara bərabər tutulan təhsil müəssisələrinin mülki müdafiə fənnini tədris edən 2, 5 və 6-cı sinif rəhbərləri üçün mülki müdafiə kursları təşkil olunub. Bu barədə SİA-ya FHN-in İctimaiyyətlə əlaqə idarəsindən məlumat verilib. Bildirilib ki, kursların keçirilməsində məqsəd məktəblərdə mülki müdafiəni tədris edən sinif rəhbərlərinin bu sahə üzrə bilik və bacarıqlarının artırılması olub. Kurslarda iştirak edən dinləyicilərə fərdi mühafizə vasitələrindən istifadə, təbii və texnogen xarakterli fövqəladə hadisələr zamanı düzgün davranış, təxliyə planlarının hazırlanması qaydaları, mülki…
Daha çox“Neft savaşı gedirdi və optimal bir variant seçilməli idi”
“20 sentyabr həddindən artıq ağır və çətin bir dövr idi. Ümummilli lider hakimiyyətə təzəcə gəlmişdi. Ölkənin daxilində ağır məsələlər mövcud idi və onları həll etmək lazım idi. Xarici siyasətdə çoxlu boşluqlar və problemlər var idi, onlar da həll olunmalıydı. Ən vacib məsələ isə həm daxili, həm də xarici siyasət baxımından neft strategiyasının müəyyən olunması idi”. Bu sözləri SİA-ya açıqlamasında Azad Vətən Partiyasının sədri Akif Nağı deyib. Onun sözlərinə görə, hər tərəfdən Azərbaycanın üzərinə hücumlar edilirdi: “Hər kəs Azərbaycan neftini öz nəzarətinə götürməyə çalışırdı. Hər kəs bilirdi ki, Azərbaycanın iqtisadiyyatı həmin…
Daha çoxƏli Əsədov TDT-yə üzv ölkələrin Bişkek görüşündə Zəngəzur dəhlizinin önəmindən danışıb
Sentyabrın 18-də Qırğız Respublikasının Bişkek şəhərində Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin Hökumət başçılarının/Vitse-prezidentinin görüşü keçirilib. Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov görüşdə iştirak edib. Nazirlər Kabinetinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, tədbirdə çıxış edən Ə.Əsədov Türk dövlətlərinin səylərinin birləşdirilməsinin sabitlik, təhlükəsizlik və rifahın təmin olunması baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. Qarşılıqlı faydalı əməkdaşlığın TDT-yə üzv ölkələr arasında ticarət-iqtisadi əlaqələrin genişləndirilməsi, iqtisadi potensialın gücləndirilməsi və nəqliyyat dəhlizlərinin şaxələndirilməsi üçün yeni imkanlar açdığı diqqətə çatdırılıb. Qeyd edilib ki, Azərbaycan Türk Dövlətləri Təşkilatına üzv olan bütün ölkələrlə ikitərəfli müstəvidə strateji…
Daha çoxƏdliyyə nazirinin müavini bölgələrdə vətəndaşları qəbul edib
Ədliyyə Nazirliyi vətəndaş məmnunluğunun artırılması, ədliyyə orqanlarına əlçatanlığın təmin olunması, regionlarda yaşayan vətəndaşların müraciətlərinə operativ və yerində baxılması məqsədilə mütəmadi olaraq videoqəbullar təşkil edir. Ədliyyə Nazirliyinin Mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, Nazirliyin Sənəd dövriyyəsi və vətəndaşların müraciətləri ilə iş idarəsi və regional ədliyyə idarələrinin təşkilatçılığı ilə ədliyyə nazirinin müavini Abiddin Hüseynov tərəfindən Xaçmaz, Gəncə, Göyçay və Lənkəran regional ədliyyə idarələri ilə həmin qurumların yurisdiksiyalarına daxil olan rayonların sakinləri üçün videokonfrans vasitəsilə qəbul keçirilib. Virtual qəbul məntəqələri vasitəsilə keçirilən videoqəbulda Notariat, qeydiyyat və reyestr baş idarəsi və İnsan resursları idarəsinin…
Daha çoxParlamentdə ictimai dinləmə təşkil ediləcək
Milli Məclisdə “Qərbi Azərbaycana qayıdışda gənclərin rolu” mövzusunda xaricdə və ölkədə təhsil alan tələbələrin iştirakı ilə Gənclər və idman komitəsində ictimai dinləmə keçiriləcək. SİA xəbər verir ki, bununla bağlı məsələ komitənin 2025-ci ilin payız sessiyası üçün iş planına daxil edilib.
Daha çoxNATO iki həftəlik təlimlərə başlayır
Estoniyada NATO-ya üzv ölkələrin hərbi qulluqçularının iştirakı ilə “Pikne” (“İldırım”) təlimləri başlayır. Təlimlər iki həftə davam edəcək. SİA xarici KİV-ə istinadən xəbər verir ki, manevrlərdə ABŞ, Böyük Britaniya, Fransa, Kanada, Latviya və Estoniyanın quru, hava və dəniz bölmələrindən 3000-ə yaxın hərbçi iştirak edəcək. Əsas fəaliyyətlər Baltikyanı respublikanın şimal, qərb və şərq hissələrində baş verəcək. Təlimlər çərçivəsində alyansın müttəfiqlərinin bölmələri potensial münaqişə zonasına sürətli qüvvələrin yerləşdirilməsi və təhdidlərə birgə mübarizə aparacaqlar. Estoniyanın Müdafiə Nazirliyi qeyd edib ki, təlimlər müdafiə xarakteri daşıyır.
Daha çoxFHN Abşeron rayonunda seminar-müşavirə keçirib
Fövqəladə Hallar Nazirliyinin (FHN) Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş idarəsinin və Sumqayıt Regonal Mərkəzinin təşkilatçılığı ilə Abşeron rayon Heydər Əliyev Mərkəzində “Fövqəladə hadisələrlə bağlı əhalinin xəbərdarlığının təşkili, baş verə biləcək fövqəladə hadisələrin qarşısının alınması üçün qabaqlayıcı tədbirlərin görülməsi və davranış qaydaları” mövzusunda seminar-müşavirə keçirilib. FHN-in İctimaiyyətlə əlaqə idarəsindən SİA-ya verilən məlumata görə, tədbirdə nazirliyin müvafiq yerli strukturlarının, Abşeron Rayon İcra Hakimiyyətinin, eləcə də Abşeron rayonunda fəaliyyət göstərən aidiyyəti idarə, müəssisə və təşkilatların, yerli icra və özünüidarəetmə orqanlarının rəhbər şəxsləri iştirak ediblər. Tədbirin keçirilməsində…
Daha çoxGənclərin azərbaycançılıq ideologiyasının təbliğində rolu ilə bağlı dinləmə keçiriləcək
Milli Məclisdə “Gənclər və gənclər təşkilatlarının azərbaycançılıq ideologiyasının təbliğində rolu” mövzusunda ictimai dinləmə keçiriləcək. SİA xəbər verir ki, bununla bağlı məsələ parlamentin Gənclər və idman komitəsinin 2025-ci ilin payız sessiyası üçün iş planına daxil edilib.
Daha çoxKonstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib
Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası olub. Məhkəmənin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, iclasda Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə və “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 33-cü maddəsinə əsasən, “Əmək pensiyaları haqqında” Qanuna uyğun olaraq hərbi qulluqçulara, xüsusi rütbəli şəxslərə və dövlət qulluqçularına pensiya təyin edilərkən onların xidmət müddətinin (qulluq illərinin) hesablanması (qarşılıqlı nəzərə alınması) qaydasının şərh edilməsinə dair Bakı İnzibati Məhkəməsinin müraciətinə baxılaraq, Plenumun icraatına qəbul olunması haqqında qərardad qəbul edilib. Müraciətə mahiyyəti üzrə, tərəflərin iştirakı ilə Konstitusiya Məhkəməsi Plenumunun oktyabrın 7-nə təyin olunmuş iclasında baxılacaq.
Daha çox