“Fermerlərin maliyyə, texnologiya və bazara çıxış problemləri mövcuddur. Ən böyük çətinliklərdən biri onların maliyyəyə çıxış imkanları ilə bağlıdır”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı Elçin Rəşidov deyib. Onun sözlərinə görə, fermerlər də biznesmenlərdir və Azərbaycanda ümumiyyətlə bütün bizneslərin maliyyəyə çıxışında ciddi çətinliklər yaşanır: “Mərkəzi Bank manatı dollara nisbətdə sabit saxlamağa çalışır, lakin bu, eyni zamanda manata qarşı devalvasiya riski yaradır. Bu risk əlavə risk premiumunun yaranmasına səbəb olur. Nəticədə manatla verilən bütün kreditlərin faiz dərəcələri yüksək olur. Beləliklə, kreditlərin əldə edilməsi qeyri-səmərəli xarakter daşıyır və qoyulan investisiyaların həcmini azaldır. Texnologiya sahəsində…
Daha çoxDay: September 18, 2025
“Azərbaycan-BƏƏ münasibətləri artıq strateji tərəfdaşlıq müstəvisinə yüksəlib”
“Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyənin Azərbaycana rəsmi səfəri regional və beynəlxalq səviyyədə mühüm siyasi, iqtisadi və strateji əhəmiyyət daşıyır”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Aytən Qurbanova deyib. Onun sözlərinə görə, heç şübhəsiz ki, bu səfər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevlə keçirilmiş görüşlər, imzalanmış sənədlər və verilmiş bəyanatlarla münasibətlərə yeni məzmun və hədəflər qazandırmış oldu: “Həmçinin səfər çərçivəsində imzalanmış sənədlər iki ölkə arasında ticarət, investisiya, enerji, nəqliyyat və innovasiya sahələrində əməkdaşlığın hüquqi əsaslarını möhkəmləndirir. Azərbaycan və BƏƏ beynəlxalq iqlim gündəliyində də fəal mövqe tutur. BƏƏ-nin…
Daha çoxDostluq və impiçment
Trampla münasibətlər Paşinyana problemlər gətirib ABŞ prezidenti Donald Tramp özünün Truth Social sosial media hesabında Ermənistan və Azərbaycan liderləri Nikol Paşinyan və İlham Əliyevlə birgə fotosunu yerləşdirib. Tramp iki respublika arasında müharibənin sona çatmasına kömək etməkdən və bu “böyük liderlər və insanlarla” dostluq etməkdən şərəf duyduğunu bildirib. “Mən sülhün daha da institusionallaşdırılmasına və Üçtərəfli Sülh Emalı Sazişinin (TRIPP) həyata keçirilməsinə sadiq olduğumu bir daha təsdiq edirəm”, – Paşinyan cavab verib. Əvəzində Ermənistanın baş naziri Nikol Paşinyan impiçment təhlükəsi ilə üz-üzə qalıb. Hökumət başçısı beynəlxalq dəstək alır, amma müxalifət “milli maraqlara…
Daha çoxQəsdən adamöldürmə hallarında artım müşahidə olunmayıb
Ötən illərlə müqayisədə qəsdən adamöldürmə hallarında artım müşahidə edilməyib. Qeydə alınan qəsdən adamöldürmə hallarının əksəriyyəti isə məişət zəminində baş verib. SİA xəbər verir ki, bu barədə Baş Prokurorluğun İstintaqa nəzarət idarəsinin rəisi Mahir Abbasov bildirib. O, Baş Prokurorluğun rəsmi instaqram səhifəsindəki canlı yayım zamanı deyib ki, quldurluq, tamah və digər niyyətlərdən irəli gələn qəsdən adamöldürmə faktlarına isə daha az təsadüf olunub. “Xüsusilə yay aylarında ən çox rast gəlinən hallar şəxsi münasibətlərdəki ziddiyyətlər zəminində törədilmiş qəsdən adam öldürmə cinayətləridir”,- deyə M.Abbasov əlavə edib.
Daha çoxNaxçıvanda sahibkarlara 8,4 milyon manat güzəştli maliyyə dəstəyi göstərilib
Cari ilin yanvar–avqust ayları ərzində Naxçıvan Muxtar Respublikası Sahibkarlığın İnkişafı Fondu tərəfindən 106 layihəyə ümumilikdə 8 milyon 405 min 500 manat məbləğində güzəştli maliyyə dəstəyi göstərilib. Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən SİA-nın bölgə müxbirinə bildirilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 5 milyon 868 min 500 manat və ya 3,3 dəfə çoxdur. Bu dəstək nəticəsində 92 yeni iş yerinin yaradılması nəzərdə tutulur.
Daha çoxƏli Əsədov Qırğızıstana gedib
Əli Əsədov Qırğızıstana gedib
Daha çoxZorakılığın hər bir formasına qarşı qətiyyətli mübarizə aparılır
Qadınlara qarşı zorakılıq cəmiyyətin əsas problemlərindən biridir və dövlətin diqqət mərkəzindədir. Keçən il məişət zorakılığı ilə bağlı qanuna dörd dəfə dəyişiklik edilib. Bu isə göstərir ki, zorakılıqla mübarizə dövlətin prioritet istiqamətlərindən biridir. Bu sahədə bütün təsir mexanizmlərindən istifadə olunur. SİA xəbər verir ki, bunu Baş Prokurorluğun Hüquqi təminat və insan hüquqları məsələləri idarəsinin rəisi Aynur Osmanova deyib. O, Baş Prokurorluğun rəsmi instaqram səhifəsindəki canlı yayım zamanı qeyd edib ki, məişət zorakılığı dedikdə, bir şəxsin digərinə ailə və ya məişət zəminində sui-istifadə etməklə fiziki, psixoloji, iqtisadi və ya digər zərərlər yetirməsi…
Daha çoxPrezident Avropa İttifaqının Genişlənmə üzrə komissarını qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 18-də Avropa İttifaqının Genişlənmə üzrə komissarı Marta Kosu qəbul edib. SİA xəbər verir ki, Marta Kos Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması və sülh gündəliyinin irəlilədilməsi istiqamətində əldə edilmiş nailiyyətlər münasibətilə dövlətimizin başçısına təbriklərini çatdırdı. Qonaq dedi ki, Avropa İttifaqı regionda davamlı sülhün təmin olunmasına yönəlmiş səylərə və Azərbaycanın humanitar minatəmizləmə sahəsindəki fəaliyyətinə dəstəyini bundan sonra da davam etdirəcək. Komissar Marta Kos Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində uğurlu əməkdaşlığın qurulduğunu deyərək, həmçinin nəqliyyat sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün böyük perspektivlərin olduğunu…
Daha çoxYol terrorunu KİM YARADIR?
Yol terrorunu KİM YARADIR?
Daha çoxRealliti şoular həyatımızı necə dəyişir?
XXI əsr informasiya və əyləncənin sürətlə iç-içə keçdiyi bir dövr kimi yadda qaldı. Televiziya ekranları, sosial media və internet platformaları insanların gündəlik həyatına daha əvvəl heç olmadığı qədər nüfuz etməyə başladı. Bu mühitdə, realliti şoular, real insanları və onların həyatlarındakı dramatik anları nümayiş etdirən proqramlar mədəniyyətimizdə özünəməxsus bir yer qazandı. Artıq milyonlarla insan təkcə xəbərləri izləmək və ya filmə baxmaqla kifayətlənmir, onlar gündəlik həyatlarını bu proqramlarda gördükləri təcrübələrlə müqayisə edir, öz həyatlarını “daha maraqlı” və ya “daha darıxdırıcı” kimi qiymətləndirməyə başlayırlar. Realliti şouların cazibəsi sadəcə insan hekayələrinin dramatikliyi ilə ölçülmür.…
Daha çox