Xarici siyasi nüfuzlu şəxslərlə bağlı maliyyə əməliyyatları 3 dəfədən çox artıb

2024-cü il ərzində xarici siyasi nüfuzlu və onlarla əlaqəli şəxslərə dair Maliyyə Monitorinqi Xidmətinə (MMX) daxil olan 14 658 sayda hesabatın araşdırılması zamanı müəyyən edilib ki, bu dövrdə 95 629 sayda mədaxil və məxaric əməliyyatları həyata keçirilib. SİA Maliyyə Monitorinqi Xidmətinə (MMX) istinadən xəbər verir ki, bu, 2023-cü ilin müvafiq dövrlərinin göstəricisindən 3,3 dəfə çoxdur. Məlumata görə, hesabat dövründə beynəlxalq məlumat mübadiləsi çərçivəsində MMX-yə 16 ölkənin xarici maliyyə monitorinqi orqanı tərəfindən 27 sorğu, 12 ölkədən spontan qaydada 21 məlumat daxil olmuş, Xidmət tərəfindən isə 51 ölkəyə 84 sorğu, 5 ölkəyə…

Daha çox

Azərbaycanın enerji strategiyası Berlində diqqət mərkəzində olub

Almaniyanın nüfuzlu “Handelsblatt” qəzetinin təşkilatçılığı ilə sentyabrın 17-də keçirilən İllik Qaz Konfransında Azərbaycanın enerji strategiyası və ölkəmizin Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfələri diqqət mərkəzində olub. Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı Səfirliyindən SİA-ya verilən məlumata görə, “Handelsblatt” nəşrinin hər il təşkil etdiyi və sənaye liderlərini, hökumət nümayəndələrini və enerji sahəsində nüfuzlu ekspertləri bir araya gətirən ənənəvi tədbir enerji siyasəti, qaz bazarı, karbon emissiyasının azaldılması və enerji keçidi strategiyaları kimi aktual məsələlərin müzakirə edildiyi yüksək səviyyəli platforma kimi tanınır. Tədbirdə “Handelsblatt” qəzetinin dəvətilə Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev “Geosiyasi çağırışlar dövründə Azərbaycanın…

Daha çox

BMT-nin hakimlər və vəkillər üzrə xüsusi nümayəndəsi Azərbaycana gələcək

Cari ilin oktyabrın 11-17-si tarixlərində Bakı şəhəri Beynəlxalq Hakimlər Assosiasiyasının (IAJ) 67-ci Baş Assambleyasına ev sahibliyi edəcək. Bu mötəbər tədbirə 71 ölkədən 300-ə yaxın hakim, beynəlxalq təşkilat nümayəndələri və hüquqşünaslar qatılacaqlar. Bu barədə SİA-ya Ali Məhkəmədən məlumat verilib. Bildirilib ki, tədbirlə əlaqədar BMT-nin hakimlərin və vəkillərin müstəqilliyi üzrə xüsusi nümayəndəsi Margaret Satterhvaite də Bakıya səfər edəcək. Onun iştirakı məhkəmə hakimiyyəti və digər hakimiyyət qolları arasındakı münasibətlər mövzusunda keçiriləcək beynəlxalq konfransda qanunun aliliyinin təmin olunmasında məhkəmələrin rolunun müzakirəsinə xüsusi önəm verəcək. Xatırladaq ki, Azərbaycan Hakimlər İttifaqının 2009-cu ildən üzv olduğu Beynəlxalq…

Daha çox

Yeni yaşayış və qeyri-yaşayış binaları enerji effektivliyi üzrə məcburi pasportlaşdırılacaq

Azərbaycanda yeni tikilən, yenidən qurulan, əsaslı təmir olunan yaşayış və qeyri-yaşayış binaları enerji effektivliyi üzrə məcburi pasportlaşdırılacaq. SİA-nın xəbərinə görə, bu, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” qanuna təklif edilən yeni – 17.3-cü maddədə əksini tapıb. Layihəyə əsasən dünya, ölkə və yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına daxil edilmiş binalar (tikililər), yardımçı və müvəqqəti tikililər, istixanalar və anbar binaları, istehsalat binaları, fərdi yaşayış evləri, Şəhərsalma və Tikinti Məcəlləsinin 81.1-ci maddəsində göstərilən reklam…

Daha çox

BƏƏ Prezidenti Azərbaycana səfərindən görüntülər paylaşdı

Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan Azərbaycana səfərindən görüntülər paylaşıb. SİA xəbər verir ki, BƏƏ Prezidentinin sosial şəbəkə hesabında paylaşında videoda onun azad edilmiş ərazilərdəki səfərinin görüntüləri əks olunub. “Mən Birləşmiş Ərəb Əmirlikləri və Azərbaycan arasında inkişaf edən ikitərəfli münasibətləri nəzərdən keçirmək məqsədilə Qarabağda Zati-aliləri Prezident İlham Əliyev ilə görüşməkdən məmnun oldum. Biz bu yaxınlarda imzalanmış Hərtərəfli İqtisadi Tərəfdaşlıq Sazişinin verdiyi imkanlardan faydalanaraq, iqtisadi inkişafı sürətləndirmək, ortaq imkanlar yaratmaq, regional və qlobal sülh və sabitliyi dəstəkləməyə yönəlmiş əməkdaşlığın yeni istiqamətlərini araşdırdıq”, – paylaşımda deyilir.

Daha çox

Türkiyədə “Sakit şəhərlər”in sayı artdı – Çameli də siyahıya qoşuldu

Türkiyənin “Cittaslow” – yəni “Sakit şəhər”lər şəbəkəsinə daxil olan yaşayış məntəqələrinin sayı 27-yə çatıb. Bu dəfə siyahıya Dənizlinin cənubunda yerləşən Çameli rayonu da əlavə olunub. SİA xəbər verir ki, Pamukkale travertenləri ilə məşhur olan Dənizli, indi daha bir yeni “sakit şəhər”lə gündəmə gəlib. Təbii gözəllikləri və ənənəvi həyat tərzi ilə seçilən Çameli, bölgəyə səfər edən turistlər üçün alternativ bir istiqamət kimi tanıdılır. Çameli, Cənubi Koreyanın Vando adasında keçirilən “CittaslowMilli Assambleyası”nda rəsmi olaraq sertifikat alaraq şəbəkəyə daxil edilib. Bununla da Türkiyədə “sakit şəhər”lərin sayı 27-yə yüksəlib. Yeni status Çamelinin təbiətin və…

Daha çox

Azərbaycan OIC-CERT təşkilatının növbəti iclasında təmsil olunub

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) nümayəndə heyəti İslam Əməkdaşlıq Təşkilatının Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzlərinin (CERT) birliyi olan OIC-CERT təşkilatının İdarə Heyətinin Mərakeş Krallığının Rabat şəhərində keçirilmiş növbəti iclasında iştirak edib. SİA Dövlət Xidmətinin məlumatına istinadla xəbər verir ki, İdarə Heyətinin iclasında təşkilatın 2025-ci il üzrə fəaliyyət planı çərçivəsində görülmüş işlər müzakirə olunub, həmçinin ölkəmizin (CERT.gov.az) inkişafına rəhbərlik etdiyi OIC-CERT-in 4-cü strateji istiqaməti – “Kibertəhlükəsizlik, innovasiya, elmi-tədqiqat, və texnologiya” sahəsində həyata keçirilən işlərin vəziyyəti barədə məlumat verilib. Bununla yanaşı İdarə Heyəti XRİTDX-nin üzərində işlədiyi “İnformasiya təhlükəsizliyi mühitinin…

Daha çox

Avqust ayında 8 milyona yaxın tibbi xidmət göstərilib

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində 2025-ci ilin avqust ayı ərzində ümumilikdə 1 milyon 956 min 902 müraciət qeydə alınıb. Bunlardan 41 min 733-ü stasionar, 1 milyon 915 min 169-u ambulator olub. TƏBİB-in mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, avqust ayında göstərilən xidmət sayında ötən ilin eyni dövrü ilə müqayisədə artım müşahidə edilib. Belə ki, ay ərzində 7 milyon 917 min 64 tibbi xidmət göstərilib. Onlardan 960 min 871-i stasionar, 6 milyon 956 min 193-ü ambulator olub. Tibb müəssisələrində göstərilən xidmətlərin ümumi sayı ötən ilin…

Daha çox