İsrailin ifrat sağçı maliyyə naziri Bezalel Smotriç bütün Qəzza zolağının işğalı və ilhaqını müdafiə edərək, qalmaqallı açıqlama verib. SİA xəbər verir ki, KAN dövlət televiziyasının məlumatına görə, Smotriç Qəzzanın ilhaqından sonra oradakı daşınmaz əmlakları amerikalılarla bölüşəcəklərini bildirib. “Qəzzada çoxlu daşınmaz əmlak qəniməti var. Amerikalılarla ciddi şəkildə danışdım. Müharibəyə çox pul xərclədik, indi isə torpaqları balanslı şəkildə bölüşməliyik”, – deyə o söyləyib. Smotriç iddia edib ki, ABŞ prezidenti Donald Trumpın masasının üzərində peşəkarlar tərəfindən hazırlanmış biznes plan mövcuddur. Onun sözlərinə görə, artıq Qəzzada söküntü mərhələsi başa çatıb və indi yeni tikililərin…
Daha çoxDay: September 18, 2025
Azərbaycanın enerji strategiyası Berlində keçirilən ənənəvi qaz konfransında diqqət mərkəzində olub
Almaniyanın nüfuzlu “Handelsblatt” qəzetinin təşkilatçılığı ilə keçirilən “Qaz 2025: Körpü, yoxsa əyləc? Qaz sektoru enerji keçidi və dünya siyasəti arasında” mövzusunda ənənəvi illik konfransda Azərbaycanın enerji strategiyası və ölkəmizin Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfələri diqqət mərkəzində olub. “Handelsblatt” nəşrinin hər il təşkil etdiyi və sənaye liderlərini, hökumət nümayəndələrini və enerji sahəsində nüfuzlu ekspertləri bir araya gətirən ənənəvi tədbir enerji siyasəti, qaz bazarı, karbon emissiyasının azaldılması və enerji keçidi strategiyaları kimi aktual məsələlərin müzakirə edildiyi yüksəksəviyyəli platforma kimi tanınır. SİA xəbər verir ki, tədbirdə “Handelsblatt” qəzetinin dəvəti ilə Azərbaycanın Almaniyadakı səfiri…
Daha çoxHeydər Əliyev Beynəlxalq Aeroportu “Formula 1″ ilə bağlı sərnişinlərə müraciət edib
Bakıda keçiriləcək “Formula 1 Azərbaycan Qran Prisi 2025” ilə əlaqədar paytaxtın bir sıra küçə və prospektlərində nəqliyyat hərəkətinə artıq məhdudiyyətlər tətbiq olunub. Bununla yanaşı, ölkəmizə gələn beynəlxalq qonaqların sayının əhəmiyyətli dərəcədə artacağı proqnozlaşdırılır. Heydər Əliyev Beynəlxalq Aeroportundan SİA-ya verilən məlumata görə, qeyd olunan səbəbdən, Heydər Əliyev Beynəlxalq Aeroportu sərnişinlərə müraciət edərək səyahətlərini öncədən planlaşdırmağı və hava limanına vaxtında, rahat şəkildə çatmaq üçün əlavə zaman ayırmağı tövsiyə edir. Sərnişinlərin rahat və maneəsiz səfəri üçün aşağıdakı tövsiyələrə əməl etmələri məsləhət görülür: • Hava limanına erkən gəlmək: Təhlükəsizlik və qeydiyyat prosedurlarını vaxtında tamamlamaq…
Daha çoxİsrail ordusunun Qəzzaya hücumları davam edir
Tanklar və ağır tikinti texnikası da daxil olmaqla İsrail hərbi maşınlarının Qəzza şəhərinin şimal-qərbindəki yeni məhəllələrə doğru irəlilədiyi bildirilir. SİA xarici KİV-ə istinadən xəbər verir ki, şahidlərin sözlərinə görə, İsrail tankları Qəzzanın şimalında Cella küçəsinin bitdiyi Səftavi məhəlləsinə yüzlərlə metr daxil olub. Bundan əlavə, ekskavatorlar da daxil olmaqla ağır İsrail hərbi maşınları şəhərin şimal-qərbindəki Kerame Towers və Muhaberat ərazilərinin ətrafında işləyib. İsrail ordusu Səftavi məhəlləsində və Cella küçəsinin bitdiyi ərazidə yerləşən hərbi maşınların foto və görüntülərini yayıb. İsrail ordusu Qəzza zolağının işğalını genişləndirmək və daimi etmək üçün hücum planını həyata…
Daha çoxƏmtəə bazarlarında qızıl 3 700 dollardan aşağı səviyyədə ticarət olunur
Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin qiyməti azalıb. SİA birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə dekabr fyuçerslərinin qiyməti 0,87% azalaraq 3 685,55 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün bir unsiyası üzrə dekabr fyuçerslərinin qiyməti isə 1,17% azalaraq 41,66 ABŞ dolları olub.
Daha çoxYol polisi Formula-1-lə əlaqədar sürücülərə müraciət edib
Sabah başlayacaq “2025 Formula 1 Azərbaycan Qran Prisi” ilə əlaqədar bəzi küçə və prospektlərdə hərəkətin məhdudlaşdırıldığını nəzərə alaraq, xüsusilə paytaxtın cənub qapısında yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və nəqliyyat sıxlığının qarşısının alınması məqsədilə sürücülərdən xahiş olunur ki, cənubdan mərkəzə doğru, yəni “Azneft” və “Neftçilər” dairəsinə alternativ kimi Bakı-Salyan yolunun 14-cü kilometrliyindən Lökbatan dairəsi istiqamətində üçüncü kənar dairəvi yolla “20 Yanvar” və ya Yeni Yasamal ərazisindən keçməklə hərəkət etsinlər. SİA xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin sürücülərə müraciətində bildirilib. Qeyd edilib ki, eyni zamanda, 20-ci sahə,…
Daha çox“Azeri Light” neftinin qiyməti 71 dollara yaxınlaşır
Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan neftinin qiyməti artıb. SİA xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,08ABŞ dolları və ya 0,11% artaraq 70,76 ABŞ dolları təşkil edib. Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 70,68 ABŞ dolları idi. Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.
Daha çoxQMİ sədri Astana Qurultayında iştirakı çərçivəsində bir sıra görüşlər keçirib
Qazaxıstan Respublikasına səfərdə olan Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Dünya və ənənəvi Dinlərin VIII Astana Qurultayında iştirakı çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirib. QMİ-nin mətbuat xidmətindən SİA-ya bildirilib ki, Moskva və bütün Rusiyanın Patriarxı Kirillin təşəbbüsü ilə keçirilən görüşdə Rus Pravoslav Kilsəsi ilə Qafqaz Müsəlmanları İdarəsi arasında ənənəvi dini-mənəvi əməkdaşlıq əlaqələrinin perspektivləri müzakirə edilib. Qazaxıstan Respublikasının informasiya və mədəniyyət naziri Aida Balayeva ilə görüş zamanı qardaş ölkələrimiz arasında dini-mədəni əlaqələrin yüksək səviyyəsindən məmnunluq ifadə olunub, ölkələrimizin dinlərarası dialoq prosesində fəal iştirakının perspektivlərindən danışılıb. Həmçinin, Astana qurultaylarının və…
Daha çoxBu günün valyuta məzənnələri
Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb. SİA-nın məlumatına görə, sentyabrın 18-də ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat təşkil edib. Rusiyanın 100 rublu 2,0331 manata, Türkiyə lirəsi 0,0411 manata, avro isə 2,0052 manatadək ucuzlaşıb.
Daha çoxDünya bazarlarında neftin ucuzlaşması davam edir
“ICE London” qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2025-ci ilin noyabr müqaviləsinin dəyəri 0,31% azalaraq 1 barelə görə 67,74 ABŞ dolları təşkil edib. SİA-NIN məlumatına görə, Nyu-Yorkun “NYMEX” əmtəə birjasında bu ilin oktyabr ayında ixrac etməklə “WTI” markalı neftin 1 barelinin qiyməti də 0,41% azalaraq 63,79 ABŞ dollarına bərabər olub.
Daha çox