Son illər milli təqvimimizə vətəndaş olaraq hər birimizin qürur duyduğu, fəxr etdiyi əlamətdar günlər əlavə olunmuşdur. Belə özəl günlərdən biri də Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü kimi qeyd etdiyimiz 20 Sentyabr tarixidir. Artıq ikinci ildir ki, qeyd etdiyimiz bu qürurverici tarix dövlət başçımız Prezident İlham Əliyevin 18 sentyabr 2024-cü il tarixli fərmanı ilə təsis edilmişdir. 30 il davam edən minlərlə azərbaycanlı igidin qanı bahasına əldə etdiyimiz qələbənin bəhrəsi kimi bu tarix hər bir Azərbaycan vətəndaşı üçün çox dəyərlidir. Bu günün təsis edilməsi eyni zamanda işğalçı Ermənistan və qondarma…
Daha çoxDay: September 19, 2025
“Müstəqilliyi əldə etmək başqa, onu qoruyub saxlamaq tamam başqa məsələdir”
“Müstəqillik yalnız elan edilməklə bitmir, onu qorumaq və möhkəmləndirmək ən çətin vəzifədir. Heydər Əliyevin müəyyənləşdirdiyi uzunmüddətli strategiya, xalqımızın birliyi və iradəsi Azərbaycanın bu yolda əsas dayağı olub. Onun rəhbərliyi ilə dövlətimizin dirçəlişi, ordu quruculuğu, iqtisadi inkişaf və siyasi sabitlik təmin edildi. Özünün də qeyd etdiyi kimi, Azərbaycanın müstəqilliyi əbədi, dönməzdir, heç kəs onu əlimizdən ala bilməz”. SİA xəbər verir ki, bu fikirləri Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov Milli Məclisdə “Konstitusiya və Suverenlik İli” çərçivəsində Dövlət Suverenliyi Gününə həsr edilən konfransda səsləndirib. Deputat bildirib ki,…
Daha çoxPaşinyan II Qaregini sürgün etməyə hazırlaşır
Ermənistanın Baş naziri Nikol Paşinyan bütün ermənilərin katolikosu II Qareginin ölkədən çıxarılması planını təsdiqləyib. SİA xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb. “Hakimiyyət kilsə daxilində təzyiqlərdən və onların müxalifətin mitinqlərində iştirak etməyə məcbur edilməsindən şikayət edən keşiş Ter-Aram Asatryanın sözlərindən istifadə etmək niyyətindədir. Bu ssenaridə II Qaregin Ter Aramı tənbeh etmək və ya onu uzaqlaşdırmaq qərarına gəlsə, Paşinyan üçün əsl “hədiyyə” olacaq. Bu, növbəti cəza tədbiri kimi təqdim olunacaq və hakimiyyət bu məqamdan istifadə edərək Müqəddəs Eçmiədzinə hücum edəcək. Hökumət daxilində bu ssenari Mülki Müqavilə Partiyasının rəhbərliyi seçildikdən…
Daha çoxSəfərbərlik Xidməti Ağsuda vətəndaş qəbulu keçirib
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi general-mayor Mürsəl İbrahimov sentyabrın 18-də Xidmətin Ağsu rayon şöbəsinin inzibati binasında Ağsu, İsmayıllı, Şamaxı və Qobustan rayonlarında qeydiyyatda olan vətəndaşları qəbul edib. SHXÇDX-dən SİA-ya verilən xəbərə görə, qəbuldan əvvəl ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət edilib. Qəbulda 2 şəhid ailəsi və 4 müharibə iştirakçısı olmaqla 19 vətəndaşın müraciəti dinlənilib. Vətəndaşlar SHXÇDX-da həqiqi hərbi xidmətə və ya işə qəbul, övladlarının gələcək müddətli həqiqi hərbi xidmət yerinin müəyyənləşdirilməsi və s. məsələlərlə bağlı müraciət ediblər. Xidmət rəisi qəbul zamanı hər bir vətəndaşın müraciətini…
Daha çoxƏmtəə bazarlarında qızıl və gümüş bahalaşıb
Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin qiyməti artıb. SİA birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə dekabr fyuçerslərinin qiyməti 0,37% artaraq 3 691.80 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün bir unsiyası üzrə dekabr fyuçerslərinin qiyməti isə 1.23% artaraq 42.64 ABŞ dolları olub.
Daha çoxDünya əmtəə bazarlarında neft ucuzlaşıb
Dünya əmtəə bazarlarında neft ucuzlaşıb. SİA-nın məlumatına görə, dünya bazarında neftin qiyməti azalıb. WTI Crude Oil (Nymex) markalı neftin qiyməti 0,18 dollar və ya 0,28% azalaraq 63,39 ABŞ dolları olub. Brent Crude (ICE) markalı neft isə 0,12 dollar və ya 0,18% ucuzlaşaraq 67,32 ABŞ dollarına enib. Qiymətlərin enməsi qlobal bazarda tələb-təklif balansı ilə bağlı qeyri-müəyyənliklər və investorların iqtisadi artım perspektivlərinə dair ehtiyatlı mövqeyi ilə izah olunur.
Daha çoxMilli Məclisdə Dövlət Suverenliyi Günü ilə bağlı konfrans keçirilir
Milli Məclisdə “Konstitusiya və Suverenlik İli” çərçivəsində Dövlət Suverenliyi Günü ilə bağlı konfrans keçirilir. SİA xəbər verir ki, Milli Məclis sədrinin müavini Ziyafət Əsgərovun sədrliyi ilə keçirilən tədbirdə Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev, Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov, parlamentin komitə və komissiya sədrləri, sədr müavinləri, Milli Məclis Aparatının nümayəndələri, həmçinin aidiyyəti qurumların rəhbər şəxsləri iştirak edirlər.
Daha çoxTexniki nasaz avtomobillə yola çıxmayın
Nasaz avtomobillə yola çıxmaq qəza riskini dəfələrlə artırır. Bu baxımdan nəqliyyat vasitələrinin texniki sazlığı, xüsusən də təkərlərin vəziyyəti daim diqqətdə saxlanılmalıdır. SİA xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin sürücülərə çağırışında bildirilir. Qeyd olunubki, təkərlərin protektor dərinliyinin normadan az olması və ya yeyilmiş təkərlərlə hərəkət, yol ilə təmasın zəifləməsinə, tormoz məsafəsinin xeyli artmasına və nəqliyyat vasitəsinin idarəetmədən çıxmasına səbəb olur. Xüsusilə yağışlı və sürüşkən yollarda belə hallar qəza riskini dəfələrlə artırır. Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edərək bildirir ki, texniki cəhətdən saz olmayan, xüsusilə də…
Daha çoxAzərbaycan neftinin qiyməti düşüb
Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan neftinin qiyməti azalıb. SİA xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0.51 ABŞ dolları və ya 0.72% azalaraq 70.25 ABŞ dolları təşkil edib. Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 70.76 ABŞ dolları idi. Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.
Daha çoxAzərbaycan və Aİ yüksək səviyyəli iqtisadi işçi qrupu yaradacaqlar
Azərbaycan və Avropa İttifaqı (Aİ) yüksək səviyyəli iqtisadi işçi qrupu yaradacaqlar. SİA xəbər verir ki, bu barədə Aİ-nin genişlənmə məsələləri üzrə komissarı Marta Kos iqtisadiyyat naziri Mikayıl Cabbarovla görüşünün nəticələrinə dair “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib. “Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovla aktiv müzakirə apardıq. Regionda (Cənubi Qafqazda – red.) sülh bazarlar, ticarət və investisiyalar üçün imkanlar açır. Bunlardan yararlanmaq üçün Yüksək Səviyyəli İqtisadi İşçi Qrupu yaratmağı razılaşdırdıq. Biz tərəfdaşlığımızı gücləndirməyə davam edəcəyik”, – M.Kos yazıb.
Daha çox