Aİ 2025-ci ilə qədər Hindistanla azad ticarət sazişi imzalayacaq?..


Avropa Komissiyasının sədri Ursula fon der Leyen bəyan edib ki, Avropa İttifaqı öz ticarət siyasətini müstəqil müəyyənləşdirəcək və ABŞ prezidenti Donald Trampın təşəbbüsü ilə Hindistan və Çinə avtomatik olaraq 100 faiz tariflər tətbiq etməyi planlaşdırmır.

Onun sözlərinə görə, Aİ-nin qərarı öz maraqlarına və mövcud geosiyasi vəziyyətə əsaslanacaq.

Von der Leyen Hindistanın Hind-Sakit okean regionunda təhlükəsizliyə önəm verdiyini vurğulayıb və Yeni Dehli ilə əməkdaşlığın gücləndirilməsinin prioritet olduğunu qeyd edib.

O xatırladıb ki, Aİ və Hindistan genişlənmiş müdafiə və təhlükəsizlik əməkdaşlığı da daxil olmaqla yeni strateji gündəliyi elan ediblər.

Bundan başqa, 2025-ci ilin sonuna qədər azad ticarət sazişinin imzalanması planlaşdırılır ki, bu da Avropa Komissiyasının rəhbərinin fikrincə, hər iki tərəfin biznesinə fayda verməli və Aİ-nin geosiyasi mövqeyini gücləndirməlidir.

…Bundan əvvəl Donald Tramp Rusiyadan neft idxal edən Avropa və NATO ölkələrindən narazılığını bildirib.

O, yalnız ABŞ-ın digər ölkələrə tarif məhdudiyyətləri tətbiq edə biləcəyini də vurğulayıb.

Əli Babayev

Əlaqəli Xəbərlər