Nikol Paşinyan yenidən hakim partiyanın sədri seçilib


“Mülki Müqavilə” Partiyasının VII qurultayı başa çatıb. Sonda təşkilati məsələyə baxılıb və partiyanın İdarə Heyətinin sədri və üzvləri seçilib. SİA xəbər verir ki, səsvermənin ilkin nəticələrinə görə, baş nazir Nikol Paşinyan 758 səslə İdarə Heyətinin sədri seçilib. Elektron hesablamadan sonra bülletenlərin əl ilə hesablanması da aparılacaq.

Partiyanın İdarə Heyətinin yekun tərkibi hələlik açıqlanmayıb.

Paşinyan qeyd edib ki, namizədlərin apellyasiya şikayəti vermək üçün 24 saat vaxtı var, bundan sonra yekun nəticələr açıqlanacaq.

“Mülki Müqavilə” partiyasının İdarə Heyətində qadınların da sayının artırılacağı bildirilir.

Əlaqəli Xəbərlər