Binaların girişində siqaret çəkməyə görə cərimə 10 dəfə artırılır..?


…Yaşayış binalarının girişində siqaret çəkməyə və spirtli içki qəbul etməyə görə cərimələr on dəfə artırıla bilər.

SİA-nın məlumatına görə, “RİA Novosti” xəbər verir ki, Dövlət Dumasının deputatları bu ideyanı müzakirə edirlər. Artıq parlament üzvləri tikinti və mənzil-kommunal təsərrüfat naziri İrek Fayzulinə müraciət ünvanlayıblar.

Onlar yaşayış binalarının girişlərində siqaret çəkməyə və spirtli içki qəbul etməyə görə cərimənin 15 min rubla qaldırılmasını xahiş edirlər.

Hazırda bu cür pozuntulara görə cərimə 500-1500 rubl təşkil edir və yeni təşəbbüs müəlliflərinin fikrincə, bu cür cəzalar səmərəsizdir.

Onlar hesab edirlər ki, qanunvericilik bina sakinlərinin müdafiəsi üçün əsl alətə çevrilməlidir, xüsusən də çoxmənzilli binaların girişində siqaret çəkmək və spirtli içki qəbul etmək sanitar-epidemioloji vəziyyəti pisləşdirir, real yanğın təhlükəsi yaradır və münaqişələrə səbəb olur.

Qanun layihəsində həmçinin bir il ərzində təkrar pozuntulara görə cərimələrin, o cümlədən ikiqat cərimə və ya 15 günə qədər inzibati həbsin tətbiq edilməsi təklif edilir.

Həmçinin, idarəetmə şirkətləri, ev sahibləri assosiasiyaları və mənzil kooperativləri üçün təsirli tədbirlər görmədiklərinə görə məsuliyyət – 200.000 rubla qədər cərimə şəklində…

Əli Babayev

Əlaqəli Xəbərlər