Biz Azərbaycana diversifikasiya məsələsində köməklik göstərməyə hazırıq


Azərbaycan ilə Avropa arasında enerji sahəsində yaxşı əməkdaşlıq əlaqələri var və bu əlaqələr inkişaf edəcək. Azərbaycan iqtisadiyyatının potensialı onunla əməkdaşlığı səmərəli edir. SİA xəbər verir ki, bu sözləri Bakıda keçirilən 1-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində təşkil olunan panel iclasında Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Qafqaz region üzrə direktoru Alkis Vryenios Drakinos deyib.

O bildirib ki, hazırda Azərbaycan iqtisadiyyatın şaxələndirilməsi istiqamətində addımlar atır.

“Avropa Azərbaycana iqtisadiyyatını şaxələndirməyə yardım göstərməyə hazırdır. Biz Azərbaycana diversifikasiya məsələsində köməklik göstərməyə hazırıq. Şirkətlər dövlətin köməyi olmadan böyük uğurlar qazana bilməz. Buna görə də Azərbaycan hökuməti ilə insan resurslarından istifadə, iqtisadiyyatın rəqəmsallaşırılması, süni intellekt, yeni texnologiyalar sahəsində əməkdaşlıq etməyə hazırıq”, – deyə A.Drakinos qeyd edib.

Onun fikrincə hökumətlərə köməklik göstərdikdə özəl sektor da inkişafa qədəm qoyur: “Azərbaycanın iqtisadi potensialı inkişaf üçün böyük stimul yaradır”.

Əlaqəli Xəbərlər