Tailandda itkin düşən rusiyalı qadın tapılıb.
SİA-nın məlumatına görə, Lenta.ru xəbər verir ki, Tailandda azyaşlı qızını oteldə qoyub “itkin düşən” rusiyalı Erika Vladyko Banqkok hostelində sağ-salamat tapılıb.
Qeyd edək ki, Erika Vladiko sentyabrın 13-də dörd yaşlı qızını oteldə tək qoyub və yoxa çıxıb.
Polis onun üçün axtarışlara başlayıb.
Ötən gün rusiyalı qadın Banqkok hostelində tapılıb.
İşçilər itkin düşən 34 yaşlı qadını tanıyıb və Rusiya konsulluğuna zəng ediblər.
Onunla diplomat danışıb, lakin o, hərəkətlərini izah edə bilməyib.
Otel işçiləri tərk edilmiş qızı uşaq evinə köçürüblər.
Sonra qızın nənəsi və babası onu götürməyə gəldilər.
Yerli polis daha əvvəl bildirmişdi ki, rusiyalı qadın sentyabrın 16-17-də paytaxtın Suxumvit rayonunda görünüb.
O, CCTV kameralarına düşüb və onu avropalı bir kişi müşayiət edib.
Əli Babayev