Rusiyada Sverdlovsk vilayətində Tolyattidən olan polis əməkdaşı narkotik alverində şübhəli bilinərək həmkarları tərəfindən saxlanılıb.
SİA xəbər verir ki, bu barədə “VolgaNews” portalı mənbəyə istinadən məlumat yayıb.
Deməli, Rusiya təhlükəsizlik qüvvələri bir polis əməkdaşını 30 kq narkotiklə saxlayıb.
Jurnalistlərin bildirdiyinə görə, həmin şəxs hərbi geyimdə və xidməti silahda olub və üzərində 30 kq qadağan olunmuş maddə olub.
Hazırda Daxili İşlər Nazirliyinin Baş İdarəsi tərəfindən araşdırma aparılır. Polis məmurun günahı təsdiqlənərsə, onu işdən çıxaracağını və cəzalandıracağını vəd edib.
Portal iddia edir ki, şübhəli şəxs əvvəllər narkotiklərlə mübarizə idarəsinin rəisi vəzifəsində çalışıb və hazırda cinayət axtarış şöbəsində çalışır.
…Sentyabrın 19-da Rostov vilayətində yol polisi əməkdaşları qaya qiyafəsində narkotik daşıyan avtomobili saxlayıblar. Müayinə zamanı şübhəli əşyaların içərisində 74 qramdan artıq mefedron olduğu müəyyən edilib. Külli miqdarda narkotik vasitələrin qanunsuz satışı ilə bağlı cinayət işi açılıb.
Əli Babayev