…Rusiya Çindən pivə idxalını 6,7 milyon dollara qədər yüksəldib. Qeyd edək ki, Rusiya avqustda rekord həcmdə Çin pivəsi idxal edib və bu artım 6,7 milyon dollara çatıb.
Yeri gəlmişkən, bu, əvvəlki ayla müqayisədə 1,5 dəfə, illik müqayisədə isə 2,1 dəfə çoxdur.
SİA xəbər verir ki, RİA Novosti analitiklərinin məlumatına görə, Çin pivə satışları da fiziki həcmdə artıb.
Avqustda 7,2 milyon litr, ötən ilin iyulunda 4,9 milyon, avqustda isə 3,4 milyon litr satılıb.
Bildirilir ki, son iki ayda Rusiya şirkətləri Çindən 32,2 milyon litr pivə alıb ki, bu da ötən illə müqayisədə 1,6 dəfə çoxdur. Nəticədə Rusiya Çin pivəsinin aparıcı idxalçısına çevrilib.
Əli Babayev