ABŞ-də 6-cı nəsil qırıcı təyyyarənin istehsalına başlanılıb


“Boeing” şirkəti ABŞ Hərbi Hava Qüvvələri üçün yeni 6-cı nəsil F-47 qırıcı təyyarəsinin istehsalına başlayıb. SİA xəbər verir ki, bu haqda “The War Zone” nəşri məlumat yayıb. Məlumata görə, ilk uçuş 2028-ci ilə planlaşdırılıb. “Biz sürətlə hərəkət etməyə hazırıq. Başqa seçimimiz yoxdur”, – Hərbi Hava Qüvvələrinin Baş Qərargah rəisi general Devid Olvin deyib. Onun sözlərinə görə, mart ayında “Boeing” müsabiqədə qalib gəldiyini elan etdikdən cəmi bir neçə ay sonra ilk prototipin istehsalına başlanılıb. ABŞ Hərbi Hava Qüvvələri hər birinin dəyəri 300 milyon dollardan çox olan bu təyyarələrdən ən azı 185-ni almağı planlaşdırır.

Əlaqəli Xəbərlər