Almaniya Rusiya ilə müharibəyə hazırlaşır.





Rusiya iki-beş il ərzində NATO ölkələri ilə münaqişəyə girə bilər.



…Almaniya ön cinahını dronlarla doldurmaqla Rusiyanın mümkün hücumundan müdafiə etməyə hazırlaşır, həm də maddi-texniki tədbirləri planlaşdırır.

Bunlardan biri də pilotsuz uçuş aparatlarının geniş tətbiqi ilə cəbhədən təxliyəsi çətinləşən yaralı əsgərlərin qəbuludur. SİA-nın məlumatına görə, Bundesverin Mərkəzi Tibb Xidmətinin komandiri Ralf Hoffmann Reuters agentliyinə müsahibəsində bildirib ki, Rusiya ilə münaqişə zamanı yaralanan əsgərlərin sayı onun xarakterindən asılı olacaq, bu, döyüş əməliyyatlarının intensivliyini və hərbi hissələrin cəlb olunmasını müəyyən edəcək.

…Vəziyyətin real qiymətləndirilməsi gündə təxminən 1000 yaralı olduğunu göstərir.

Qərb hərbi ekspertləri hesab edirlər ki, Rusiya iki-beş il ərzində NATO ölkələri ilə münaqişəyə girə bilər.

Almaniya tibbi hazırlığını daim tənzimləməklə Ukraynada döyüşün xarakterini əhəmiyyətli dərəcədə dəyişdiyini nümayiş etdirən müharibənin dərslərini nəzərə alır.

Hoffman qeyd edib ki, ilkin xəsarətlər artıq güllə yaraları deyil, daha çox dron hücumlarının müxtəlif növləri nəticəsində yaranan partlayış və yanıqların nəticələridir. Rusiya-Ukrayna cəbhəsində hər bir istiqamətdə təmas xəttindən təqribən 10 kilometr aralıda yerləşən ərazi “ölü zona” adlanır, çünki bu ərazi hər iki tərəfdən hədəfləri tez tapıb hücuma keçirə bilən pilotsuz uçuş aparatları tərəfindən izlənilir.

Əli Babayev

Əlaqəli Xəbərlər