Hər altı belarusludan birinin yaşı 65-dən yuxarıdır…





Əmək Nazirliyindən məlumat…



…Sentyabrın 23-də, Belarusun paytaxtı Minskdə keçirilən mətbuat konfransında əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Marina Artemenko bildirib ki, hazırda təxminən 1 milyon 628 min belaruslu 65 yaşdan yuxarıdır ki, bu da ölkə əhalisinin 18 faizini təşkil edir.

Onun sözlərinə görə, 2010-cu ildə Belarus əhalisinin 14 faizi 65 yaşdan yuxarı idi ki, bu da əhalinin qocalmasının davam etdiyini göstərir.

SİA-nın məlumatına görə, Artemenko bildirib ki, hazırda bu yaş qrupunun 66 faizi qadınlardır. 41.000-dən çox belarusun yaşı 90-dan yuxarı, təxminən 600-ü isə 100-dən yuxarıdır. Rəsmi məlumata görə, yüzilliklər arasında qadınların xüsusi çəkisi “demək olar ki, 90 faizdir”.

Əli Babayev

Əlaqəli Xəbərlər