…Əvvəllər ABŞ-ın keçmiş prezidenti Cozef Baydenin Senat köməkçisi olmuş və Rusiya vətəndaşlığını qəbul etmiş Tara Rid bu mühüm hüquqi inkişafdan məmnunluğunu rəsmən təsdiqləyib.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, o, rəsmi bəyanatında qeyd edib ki, “Rusiya vətəndaşlığını almaq mənim üçün böyük şərəfdir”.
RT xəbər verir ki, Rid rus dilçiliyinə və sosial-mədəni mühitə peşəkar eləcə də mədəni marağını nümayiş etdirərək rus dili üzrə biliklərini dərinləşdirmək niyyətini də ifadə edib.
2025-ci il sentyabrın 22-də Rusiya prezidenti Vladimir Putin ABŞ vətəndaşı Tara Ridə Rusiya vətəndaşlığı verilməsi haqqında fərman imzalayıb.
O, daha əvvəl qeyd edib: “Ümid edirəm ki, bu yurisdiksiyada mənim təhlükəsizliyim təmin olunacaq. Məni səmimi qarşılayan Moskvadakı və Rusiya Federasiyasındakı dostlarıma dərin minnətdarlığımı bildirirəm”.
Rid 2023-cü ildə məsuliyyətli və qanuna tabe olan vətəndaş standartlarına uyğun yaşamağa söz verib.
Və o, yalnız Moskvaya gəldikdən sonra təhlükəsizlik hissi keçirdiyini dilə gətirib..?
Bunu da ruslar yazır…
Əli Babayev