“Su pəhrizini uzunmüddətli saxlamaq məsləhət görülmür”


“Son dövrlərdə insanlar fərqli növ pəhrizlərə üz tuturlar. Bu bəzən müəyyən xəstəliyin müalicəsi zamanı, bəzən isə artıq çəkidən əziyyət çəkən insanların istifadə etdiyi pəhrizlər olur. Bu pəhriz növlərindən biri də su pəhrizidir. Əgər hər hansı bir insan müəyyən bir məqsədlə su pəhrizinə başlayacaqsa, ilk növbədə peşəkarla məsləhətləşərək və fərdi sağlamlıq vəziyyətini araşdıraraq su pəhrizi saxlaya bilər. Bu pəhrizin neçə gün davam edəcəyini belə həkim şəxsin sağlamlığına uyğun olaraq qərar verir”. Bu sözləri SİA-ya açıqlamasında Qida təhlükəsizliyi Hərəkatının rəhbəri, Sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova deyib.

O bildirib ki, su pəhrizini adətən 3-7 gün saxlamaq olar: “Bir çox hallarda sağlamlıq imkan verirsə, 30 günə qədər su pəhrizini tətbiq etmək olar. Lakin nəzərə almaq lazımdır ki, su pəhrizinin mütləq şəkildə faydaları qədər zərələri də var. Bu zərərləri də bilmək lazımdır, əks halda sağlamlıqla bağlı problemlər yaşana bilər.

Su pəhrizi orqanizmdən toksik maddələrin atılmasında ən önəmli rolu oynayır. Eyni zamanda orqanizmdə olan şişkinlik, artıq çəkinin azalmasında da ilkin olaraq faydalı olur. Həmçinin böyrəklərdə toksik maddələrin atılması və kiçik ölçülü kristalların da xaric olunmasına kömək ola bilir. Su pəhrizi sinir sistemini sakitləşdirən əsas vasitələrdən biridir və hüceyrələrdə yenilənməyə səbəb olur. Eyni zamanda dəri daha sağlam, canlı və elastik olur. Düzgün şəkildə tətbiq olunduqda su pəhrizinin sözügedən faydalarından yararlanmaq mümkündür.

Xroniki xəstəliyi olan insanlar su pəhrizi saxladıqda ciddi problemlərlə qarşılaşa bilərlər. Çünki bir çox insanlar davamlı olaraq su ilə qidaqlandıqda təzyiq aşağı düşə bilər, qan azlığı ilə nəticələnə bilər. Qan azlığı olan insanlara da su pəhrizi saxlamaq məsləhət görülmür. Həmçinin yeniyetməlik dövründə olanlara da su pəhrizi tövsiyyə olunmur. Su pəhrizini uzunmüddətli saxlamaq məsləhət görülmür”.

Əlaqəli Xəbərlər