Almaniya Aİ-nin yenidən silahlanmasına rəhbərlik etməyə hazırdır…




Təşəbbüs yaxın vaxtlarda baxılmaq üçün üzv dövlətlərə təqdim olunacaq…



…Almaniya Avropa İttifaqının 2030-cu ilə qədər blokun müdafiə qüvvələrini hazırlamaq məqsədi daşıyan genişmiqyaslı yenidən silahlanma proqramında aparıcı rol oynamağa hazır olduğunu bəyan edib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Financial Times yazır.

Berlin, hava hücumundan müdafiə sistemləri kimi prioritet sahələrdə birgə silah hazırlayacaq və satın alacaq Aİ ölkələrinin qrupları olan “kollektiv qabiliyyət koalisiyaları” yaratmağı təklif edir.

Almaniya Rusiyanın davam edən təhlükəsi fonunda Aİ-nin şərq cinahının qorunmasına xüsusi diqqət yetirir.

Bundan əlavə, Berlin Avropa Müdafiə Agentliyinin səlahiyyətlərini genişləndirməyə, onu satınalmaların əlaqələndirilməsi və müdafiə qabiliyyəti boşluqlarının təhlili üçün mərkəzi platformaya çevirməyə çağırır.

Almaniya həmçinin böhran vəziyyətlərində silah istehsalının daha sürətli artmasına imkan verəcək rəqabətin və dövlət yardımı qaydalarının yumşaldılması da daxil olmaqla, silah sənayesində deregulyasiyada israrlıdır.

Berlin hesab edir ki, layihələr yeni ümumavropa fondları hesabına deyil, mövcud 150 milyard avroluq hərbi kredit proqramı, milli büdcələr və mövcud subsidiyalar hesabına maliyyələşdirilməlidir.

Almaniyanın təklifləri oktyabrda ittifaq liderlərinə təqdim edilməsi planlaşdırılan müdafiəni gücləndirmək üçün Aİ-nin yol xəritəsinin bir hissəsini təşkil edəcək.

Əli Babayev

Əlaqəli Xəbərlər