Bakıda 3-cü Beynəlxalq Statistika Forumu keçirilir


Ümumdünya Statistika Günü ilə əlaqədar Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi və Müstəqil Dövlətlər Birliyininr Dövlətlərarası Statistika Komitəsinin birgə təşkilatçılığı ilə 24-26 sentyabr tarixlərində Bakı şəhərində “Statistikanın inkişaf perspektivləri: beynəlxalq layihələrin rolu” mövzusunda 3-cü Beynəlxalq Statistika Forumu keçirilir. SİA-nın verdiyi məlumata görə, forum Azərbaycan Respublikasının himni ilə başlayıb. Daha sonra Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin forum iştirakçılarına ünvanladığı müraciəti qonaqlara çatdırıb.

Forum 15 ölkənin və 10 beynəlxalq təşkilatın yüksək səviyyəli nümayəndə heyətlərinin, tanınmış elmi ictimaiyyət nümayəndələrinin və ekspertlərin iştirakı ilə keçirilir.

Forumun dövlətimizin beynəlxalq imicinin möhkəmlənməsi, statistika sahəsində qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi, ikitərəfli və çoxtərəfli əməkdaşlığın genişləndirilməsi, habelə Azərbaycanın sosial-iqtisadi, mədəni və siyasi sahələrdə əldə etdiyi nailiyyətlərin nümayiş etdirilməsi baxımından əhəmiyyətinin önəmi çox böyükdür.

Əlaqəli Xəbərlər