Olena Zelenska Melaniya Trampla görüşüb…





Nyu-Yorkda keçirilən görüşdə ukraynalı uşaqların taleyi müzakirə olunub…



Ukraynanın birinci xanımı Yelena Zelenska ABŞ-ın birinci xanımı Melaniya Trampla görüşüb. Təfərrüatlar hələlik məlum deyil.

SİA-nın məlumatına görə, bu barədə RBC-Ukraynaya şərhində Ukrayna prezidentinin mətbuat katibi Sergey Nikiforov bildirib.

…Ukrayna və ABŞ-ın birinci xanımları arasında ikitərəfli görüş dünən baş tutub. Olena Zelenskanın komandası detalları çatdıracaq, – Nikiforov qeyd edib.

Zelenska həmçinin BMT Baş Assambleyasının psixi sağlamlığa həsr olunmuş 80-ci sessiyası çərçivəsində keçirilən tədbirlərdə iştirak edib. Ukraynanın birinci xanımı çıxışında Ümumkrayna Psixi Sağlamlıq Proqramının yaradılması təcrübəsindən danışıb. Bu proqramın məqsədi psixoloji dəstəyi insanlara mümkün qədər yaxınlaşdırmaqdır. …Biz ictimaiyyəti psixi sağlamlıqla bağlı narahatlığın utancverici olmadığına, əksinə məsuliyyətli və düzgün olduğuna inandıran bir məlumat kampaniyası keçirdik.

…Nəticə: əgər 2022-ci ildə ukraynalıların 46 faizi sorğularda bizə heç vaxt psixoloqa müraciət etməyəcəklərini demişdisə, belə insanların sayı 22 faizə düşüb”, – Zelenska qeyd edib. Onun sözlərinə görə, psixi sağlamlıq yoxsulluq, iqlim dəyişikliyi və qiymətlərin artması kimi qlobal problemdir. Yeri gəlmişkən, dünən, sentyabrın 23-də Ukrayna prezidenti Vladimir Zelenski bildirib ki, Yelena Zelenska Melaniya Trampla ukraynalı uşaqların taleyini müzakirə etməyi planlaşdırır.

Əli Babayev

Əlaqəli Xəbərlər