Ukraynanın pilotsuz təyyarələrinin Rusiyanın neft emalı infrastrukturuna sistematik zərbələri səbəbindən Rusiya dizel yanacağı ixracı 2020-ci ildən bəri ən aşağı səviyyəyə yaxınlaşıb.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Financinal Times yazır.
Nəşr qeyd edir ki, avqustun əvvəlindən Ukrayna pilotsuz təyyarələri Rusiyanın 38 neft emalı zavodundan 16-na hücum edib.
Bəzi neft emalı zavodları bir neçə dəfə zədələnib.
“Energy Aspects” tədqiqat qrupuna görə, dron hücumları gündə təxminən 1 milyon barel Rusiya neftini emal edən neftayırma zavodlarının gücünü dayandırıb.
…Bu, bəlkə də Ukraynanın indiyə qədər keçirdiyi ən effektiv kampaniyadır.
Bunu Argus-un Avropa neft məhsullarının qiymətləri üzrə rəhbəri Benedikt Corc deyib.
Jurnalistlər qeyd edirlər ki, Rusiya dünyada ikinci ən böyük dizel yanacağı ixracatçısıdır və bu yüklərin təxminən yarısı Türkiyəyə göndərilir. Daxili bazarda və müvəqqəti işğal olunmuş ərazilərdə getdikcə daha çox qıt olan benzindən fərqli olaraq, Moskva hələ də dizel ixracını məhdudlaşdırmayıb. Rusiyada hələ də kifayət qədər dizel yanacağı var.
Jurnalistlərin fikrincə, dizel istehsalı daxili tələbatı 50 faizdən çox üstələyir. Dizel yanacağı kənd təsərrüfatında və bəzi hərbi hissələr, xüsusən də tank qüvvələri tərəfindən geniş istifadə olunur.
Əli Babayev