NATO qüvvələrinin Rusiya təyyarəsini vurduğu insident qaçılmaz olaraq silahlı qarşıdurmaya səbəb olacaq.
SİA-nın məlumatına görə, bunu Rusiyanın Fransadakı səfiri Aleksey Meşkov deyib.
RTL radiosuna müsahibəsində Moskvanın ehtimal cavabı ilə bağlı suala cavabında o vurğulayıb: “Bu, müharibə olacaq”.
Diplomat qeyd edib ki, Şimali Atlantika Alyansına məxsus təyyarələr mütəmadi olaraq Rusiyanın hava məkanını pozur, lakin Rusiya onları məhv etmək üçün heç bir tədbir görmür.
Rusiya Müdafiə Nazirliyi dəfələrlə vurğulamışdır ki, Rusiya təyyarələri neytral sular üzərində beynəlxalq hava məkanı qaydalarına ciddi riayət etməklə, hava dəhlizlərinin hər hansı bir keçidini və ya digər ölkələrə məxsus təyyarələrə təhlükəli yaxınlaşmaları istisna edir.
Əli Babayev