“III Bakı Təhlükəsizlik Forumunun cənab Prezident İlham Əliyevin təklifi ilə əsası qoyulub. Bu forum Bakının təhlükəsizliyi, xüsusilə də Azərbaycanın Cənubi Qafqazda həyata keçirdiyi təhlükəsizlik səyləri nəticəsində keçirilir”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.
Politoloq bildirib ki, bu gün Azərbaycan Cənubi Qafqazda təhlükəsizliyin əsas dayağıdır: “Bu istiqamətdə də ölkəmiz tərəfindən kifayət qədər işlər həyata keçirilir. Terrorrizm, kiber təhlükəsizliyə qarşı Azərbaycan olduqca uğurlu işlər görür və bir çox dövlətlərlə də əməkdaşlığı olub. Bu mənada Bakıda keçirilən sözügedən forumda konkret olaraq qərarlar qəbul olunur. Bu da regionda ölkələrin təhlükəsizliyi, milli suverenliyini təhdid edən cinayətkar şəbəkələrin də neytrallaşmasına gətirib çıxarır. Həmçinin Azərbaycanın təhlükəsizlik və hüquq-mühafizə orqanları təkcə daxildə deyil, həmçinin regionda və tərəfdaşlıq etdiyi ölkələr ilə də bu istiqamətdə uğurlu işlər həyata keçirir. Zənnimcə, bu kimi forumlar Azərbaycanın geosiyasi mövqeyini gücləndirəcək”.