Federal Təhlükəsizlik Xidmətinin binası dağılıb…Armyanskda…





Bundan sonra Belbek hava limanından havaya qalxan Rusiya qırıcısı Sevastopol üzərində dövrə vurmağa başlayıb…



…Sentyabrın 25-i axşam saatlarında və sentyabrın 26-na keçən gecə Krımın müxtəlif ərazilərində bir neçə partlayış baş verib və Federal Təhlükəsizlik Xidmətinin Armyanskdakı binası dağılıb.

SİA xəbər verir ki, bu barədə “Krımski veter” Telegram kanalı məlumat yayıb.

…“Krımski veter”in məlumatına görə, sentyabrın 25-i saat 23:44-də işğal altındakı Armyanskda güclü zərbə dalğası ilə çox güclü partlayış eşidilib. Bunun ardınca Belbek hava limanından havaya qalxan Rusiyaya məxsus qırıcı işğal altındakı Sevastopol üzərində dövrə vurmağa başlayıb. Daha sonra Kerç bölgəsindəki hərbi obyektlərə hücum edilib.

Yerli sakinlər təxminən səhər saat 12:30 radələrində beş güclü partlayış eşidiblər. Rusiya hava hücumundan müdafiə qüvvələri atəş açıb.

Rusiya administrasiyası sentyabrın 26-na keçən gecə Krımda baş verən hadisələrə susur. Rusiya Müdafiə Nazirliyi ötən gecə Rusiya hava hücumundan müdafiə sistemlərinin 55 Ukrayna pilotsuz təyyarəsini vurduğunu iddia edib.

“Krımski veter” insayder məlumatlara istinadən xəbər verir ki, hücum nəticəsində işğal altında olan Armyanskda Federal Təhlükəsizlik Xidmətinin binası dağıdılıb.

Deyilənlərə görə, Federal Təhlükəsizlik Xidməti mütəmadi olaraq işğal olunmuş Krım sakinlərinə qarşı müxtəlif hədə-qorxu kampaniyaları həyata keçirir.

Əli Babayev

Əlaqəli Xəbərlər