Gənc prokurorluq işçiləri ilə görüş keçirilib


Baş Prokurorluq və Bakı Şəhər Prokurorluğunun inzibati binasında 1 Oktyabr – Prokurorluq işçilərinin peşə bayramı günü və milli prokurorluq orqanlarının yaranmasının 107-ci ildönümü ilə əlaqədar prokurorluğun veteranları və gənc prokurorluq işçiləri arasında görüş keçirilib. Bu barədə SİA-ya Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Görüşdə müasir Azərbaycanın qurucusu, dünya şöhrətli dövlət xadimi Ümummilli Lider Heydər Əliyevin misilsiz xidmətləri vurğulanaraq, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ildə ordumuzun əldə etdiyi möhtəşəm qələbə sayəsində ərazi bütövlüyümüzün, 2023-cü ildə isə 23 saatlıq lokal antiterror tədbirləri ilə suverenliyimizin bərpa edilməsindən bəhs olunub. Həmçinin bu il avqust ayının 8-də Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin paraflanması xüsusilə qeyd edilib.

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın yorulmaz fəaliyyəti nəticəsində Şərqi Zəngəzur və Qarabağ bölgəsində aparılan kompleks quruculuq işləri barədə gənc hüquqşünaslara danışılıb və “Böyük Qayıdış”ın reallaşmasının əhəmiyyəti vurğulanıb.

Veteranlar görüşdə prokurorluq orqanlarındakı xatirələrini danışıb, gənc prokurorluq işçiləri ilə bilik və təcrübələrini bölüşüb, hazırda prokurorluq orqanlarında aparılan dinamik islahatlar, eləcə də maddi və texniki bazanın möhkəmləndirilməsi istiqamətində göstərilən dövlət qayğısı yüksək qiymətləndirilib.

Görüşdə veteranlar prokurorluq orqanlarında çalışmağın şərəfli, eyni zamanda, bir o qədər çətin və məsuliyyətli olduğunu vurğulayaraq, gənclərə fəaliyyətlərində uğurlar arzulayıblar.

Əlaqəli Xəbərlər