Naxçıvanda Anım Günü ilə əlaqədar 400 tut tingi əkilib


Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən 27 Sentyabr – Anım Günü ilə əlaqədar ağacəkmə aksiyası təşkil olunub.

SİA-nın məlumatına görə, nazirliyin mətbuat xidmətindən bildirilib ki, aksiya Naxçıvan–Çalxanqala avtomobil yolunun sağ kənarında keçirilib.

Tədbirdə nazirliyin rəhbər şəxsləri və əməkdaşları iştirak ediblər. Aksiya çərçivəsində 1 hektar sahədə 400 ədəd dibçək tut tingi əkilib.

Əlaqəli Xəbərlər