Rusiyalı məmur pul alarkən cinayət başında yaxalanıb…


…Zaporojye vilayətində Federal Təhlükəsizlik Xidməti vilayət əmlak idarəsinin ərazi idarəsinin rəisini dələduzluğa görə saxlayıb.

SİA xəbər verir ki, bu barədə RİA Novosti Federal Təhlükəsizlik Xidmətinin Zaporojjya vilayəti üzrə idarəsinə istinadən məlumat yayıb.

Qurumun məlumatına görə, saxlanılan şəxs iş adamına pul müqabilində saxlanmaq üçün kommersiya daşınmaz əmlakını köçürəcəyi barədə yalan vəd verib.

Məmur 500 min rubl alarkən cinayət başında yaxalanıb. Faktla bağlı dələduzluq işi açılıb. Şübhəli özünü təqsirli bilib və həbs edilib.

Bundan əvvəl hüquq-mühafizə orqanlarının əməkdaşları rüşvət müqabilində iş adamı üçün dönməz kredit xətti açmalı olan bank menecerini saxlayıblar.

Əli Babayev

Əlaqəli Xəbərlər