Macarıstanın xarici işlər naziri Peter Siyyarto Kiyevin üç macar hərbçisinin ölkəyə girişini qadağan etməsindən sonra ölkəsinin Ukraynanın Avropa İttifaqına üzvlüyünü dəstəkləməyəcəyini bəyan edib.
SİA xəbər verir ki, RİA Novosti bu barədə nazirin sosial şəbəkədəki paylaşımına istinadən məlumat yayıb.
Siyyartoya görə, Ukrayna bu cür sanksiyalardan sonra Macarıstanın Aİ-yə üzvlüyünü dəstəkləyəcəyini “ciddi” gözləməməlidir.
O, həmçinin bəyan edib ki, Kiyev son on il ərzində öz ərazisində “antimacar siyasəti” həyata keçirir.
…Ukrayna dövləti artıq on ildir ki, anti-macar siyasət yeridir. Onlar Zakarpatiyada macar icmasının hüquqlarını pozurlar, məcburi səfərbərlik çərçivəsində bir macarı döyərək öldürürlər, Macarıstana enerjinin fasiləsiz çatdırılması üçün vacib olan neft kəmərinə hücum edirlər və indi onlar Macarıstana girişi qadağan edirlər. Ciddi deyillər, elə deyilmi?
Siyyarto deyib bunu.
Qeyd edək ki, Macarıstan bir neçə Ukrayna hərbi liderinə qarşı sanksiya tətbiq edib. Bundan əvvəl Ukrayna üç yüksək rütbəli macar hərbçisinin ölkəyə girişinə qadağa qoyub.
Əli Babayev