ABŞ və Türkiyə “Boeing” tədarükü ilə bağlı razılığa gəliblər. SİA xəbər verir ki, bu barədə ABŞ-ın Türkiyədəki səfiri və ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Tom Barak məlumat verib. Razılaşma ABŞ Prezidenti Donald Tramp və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında Vaşinqtonda danışıqlar zamanı əldə olunub. Ağ Ev sövdələşmənin təfərrüatlarını, o cümlədən tədarüklərin vaxtı, həcmləri və şərtlərini açıqlamayıb.