…Aylarla Kiyevi sülh sazişi üzrə danışıqlara razı salmağa çalışdıqdan sonra ABŞ prezidenti Donald Tramp öz tonunu dəyişdi, indi o Rusiya iqtisadiyyatının zəifliyini etiraf etdi və Ukraynanın itirilmiş əraziləri geri almaq şansını vurğuladı.
SİA-nın məlumatına görə, National Security Journal yazır.
Ekspertlər qeyd edirlər ki, bu cür sözlər həm Rusiya, həm də Ukrayna hərbçilərinin mənəviyyatına təsir edə bilər.
Ordular qələbə perspektivini görəndə döyüşə davam edir; əks halda uzun sürən döyüşlər əsgərləri ruhdan salacaq.
Əgər Rusiya bu ritorikaya ciddi yanaşarsa, bu, Kremlin həm ölkə daxilində, həm də cəbhə xəttində mövqeyini çətinləşdirə bilər. Bununla belə, döyüş meydanında real şərait çətin olaraq qalır.
Təzyiqlərə baxmayaraq, Rusiya iqtisadiyyatı ordu və mülki ehtiyacları təmin etməyə davam edir, baxmayaraq ki, qısamüddətli həllər uzunmüddətli ziyana səbəb olur. Müharibənin davam etdirilməsi bu zərəri artırır və sistemin zəifliyini üzə çıxarır.
Davamlı sülh o zaman mümkündür ki, Moskva öz hərbi məqsədlərinin mümkünsüz olduğuna əmin olsun. Bunun üçün qarışıq siqnallar deyil, davamlı hərbi və iqtisadi təzyiq tələb olunur.
Trampın ritorikada dəyişiklik etməsi potensial müsbət əlamətdir.
Amerika etiraf edir ki, Rusiyanın döyüş meydanında məğlub olması Kremli öz ambisiyalarından əl çəkməyə məcbur etməyin yeganə etibarlı yoludur.
Moskvanın tələbləri dəyişməz qalarsa, Ukrayna müqavimət göstərməkdə davam edəcək və yalnız Rusiyanın öz məqsədlərinə çatmayacağına əminlik münaqişənin sonunu tezləşdirəcək.
Əli Babayev