26 sentyabr – Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) əməkdaşlarının Peşə Bayramı günüdür. SİA xəbər verir ki, bununla əlaqədar olaraq xidmətin rəhbər heyəti Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasətçi və dövlət xadimi Heydər Əliyevin Fəxri xiyabandakı məzarını ziyarət edib, Ulu Öndərin və görkəmli oftalmoloq akademik Zərifə xanım Əliyevanın məzarları önünə əklil və gül dəstələri qoyublar.
Xidmətin şəxsi heyəti Şəhidlər xiyabanını ziyarət edərək Vətənimizin müstəqilliyi, xalqımızın azadlığı, sərhədlərimizin bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsini ehtiramla yad edərək “Əbədi məşəl” abidə kompleksi önünə əklil qoyublar.
Peşə Bayramı günü Azərbaycan Respublikası Prezidenti Ali Baş Komandan İlham Əliyevin 2024-cü il 24 sentyabr tarixli “Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti əməkdaşlarının peşə bayramı gününün təsis edilməsi haqqında” Sərəncamına əsasən qeyd edilir.