Yeni çap məhsulları hazırlanıb


“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planına uyğun olaraq antinarkotik təbliğatı və təşviqatı işlərinin gücləndirilməsi məqsədilə yeni üslubda maarifləndirici əyani vəsaitlər hazırlanıb. Bu barədə SİA-ya Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupundan məlumat verilib.

Bildirilib ki, İşçi Qrupu tərəfindən təşkil olunacaq maarifləndirmə və ictimai tədbirlərdə yeni üslubda hazırlanmış “Psixotroplar maddələr haqqında həqiqət”, “Marixuana Haqqında Həqiqət” və “Narkotiklər Haqqında Həqiqəti Bilin” adlı çap məhsullarının paylanılması nəzərdə tutulur.

Əlaqəli Xəbərlər