İsveç və Finlandiya Rusiya ilə sərhəddə zərbə briqadası yaradıb…





Qoşunların sərt qış şəraitində döyüş təcrübəsi var…



…İsveç və Finlandiya birgə Finlandiya Laplandiyası yaxınlığında yerləşən 4-5 min nəfərlik yeni zərbə briqadası yaradıblar.

SİA xəbər verir ki, bu barədə İltalehti məlumat yayıb.

Yeni birləşmənin nüvəsini sərt qış şəraitində döyüş təcrübəsi olan İsveç Norrbotten mexanikləşdirilmiş briqadasının əsgərləri təşkil edir.

O, beş batalyon və dəstək bölməsindən ibarətdir.

Silah və avadanlıq

Briqadanın döyüşə hazırlığını sürətləndirmək üçün silahlar əvvəlcədən Laplandiyada yerləşdirildi. Buraya 50 km məsafədəki hədəfləri vura bilən İsveçin “Archer” özüyeriyən haubitsaları daxildir.

Silahlı qarşıdurma zamanı yeni briqada Britaniyanın Eurofighter və F-35 qırıcıları, həmçinin Apache hücum helikopterləri ilə qorunan havadan dəstək alacaq.

Finlandiya ilə birgə qüvvələr…

5000-dən 7000-ə qədər Finlandiya əsgəri NATO-nun yeni briqadasının yanında daimi yerləşəcək.

Bu qüvvələr birlikdə ölçülərinə görə şimal istiqamətində yerləşdirilən rus bölmələri ilə müqayisə edilə bilər.

Əli Babayev

Əlaqəli Xəbərlər