Naxçıvanda şəhid ailələri ziyarət olunub

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli Şərur rayonunun Dizə kəndində və Culfa şəhərində Vətən müharibəsi şəhidləri mayor Vüsal Vəliyevin və leytenant Yaqub Nəcəfovun, eləcə də Naxçıvan şəhərində antiterror əməliyyatları zamanı şəhid olmuş kapitan Elcan Bababəylinin ailə üzvləri ilə görüşüb, onların qayğıları ilə maraqlanıb.

AZƏRTAC xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədov isə Vətən müharibəsi şəhidləri gizir Bağır Ələkbərov, şəhid gizir Ümid Novruzlu və şəhid leytenant Vəli Quliyevin ailə üzvləri ilə görüşüb, onların qayğıları ilə maraqlanıb.

Görüşlərdə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun Vətən müharibəsində tarixi Qələbə qazanmasından, hərbçilərimizin qəhrəmanlığından bəhs edilib, dövlət başçısı İlham Əliyevin şəhid ailələri və qazilərə xüsusi diqqətindən danışılıb. Bütün şəhidlərimizin xatirəsinin daim Azərbaycan xalqının qəlbində yaşayacağı vurğulanıb.

Qeyd edilib ki, Vətən müharibəsində qəhrəmanlıq göstərərək qanı ilə tarix yazan igid oğullarımızın adları Azərbaycan xalqının qəlbində yaşayacaq.

Şəhidlərin ailə üzvləri övladları ilə bağlı xoş xatirələrini paylaşıb, onların qəhrəmanlıqları ilə fəxr etdiklərini qeyd edib, şəhid ailələrinə göstərilən dövlət qayğısını daim öz üzərlərində hiss etdiklərini və bundan qürur hissi keçirdiklərini vurğulayıb, yaxşı yaşamaları üçün sosial təminatları ilə bağlı görülən bütün işlərə görə dövlətimizə minnətdarlıqlarını bildiriblər.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədov isə Vətən müharibəsi şəhidləri gizir Bağır Ələkbərov, şəhid gizir Ümid Novruzlu və şəhid leytenant Vəli Quliyevin ailə üzvləri ilə görüşüb, onların qayğıları ilə maraqlanıb.

Görüşlərdə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun Vətən müharibəsində tarixi Qələbə qazanmasından, hərbçilərimizin qəhrəmanlığından bəhs edilib, dövlət başçısı İlham Əliyevin şəhid ailələri və qazilərə xüsusi diqqətindən danışılıb. Bütün şəhidlərimizin xatirəsinin daim Azərbaycan xalqının qəlbində yaşayacağı vurğulanıb.

Qeyd edilib ki, Vətən müharibəsində qəhrəmanlıq göstərərək qanı ilə tarix yazan igid oğullarımızın adları Azərbaycan xalqının qəlbində yaşayacaq.

Şəhidlərin ailə üzvləri övladları ilə bağlı xoş xatirələrini paylaşıb, onların qəhrəmanlıqları ilə fəxr etdiklərini qeyd edib, şəhid ailələrinə göstərilən dövlət qayğısını daim öz üzərlərində hiss etdiklərini və bundan qürur hissi keçirdiklərini vurğulayıb, yaxşı yaşamaları üçün sosial təminatları ilə bağlı görülən bütün işlərə görə dövlətimizə minnətdarlıqlarını bildiriblər.

Əlaqəli Xəbərlər