Pakistanın Bakıdakı səfirliyi Azərbaycanda 27 sentyabr – Anım Günü ilə əlaqədar “X” sosial şəbəkəsində paylaşım edib. SİA-nın verdiyi məlumata görə, paylaşımda deyilir: “Azərbaycanlı qardaş və bacılarımızla birlikdə Anım Gününü qeyd edirik. Biz Qarabağın azad edilməsində göstərdikləri şücaətə görə əbədi olaraq yaddaşlarda qalacaq şəhidlərin xatirəsini dərin ehtiramla yad edirik”.