Təhlükəsizlik orqanlarının rəhbərləri Zəfər parkını ziyarət edib


Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-polkovnik Əli Nağıyev və Xarici Kəşfiyyat Xidmətinin (XKX) rəisi general-polkovnik Orxan Sultanov 27 Sentyabr – Anım Günü ilə əlaqədar Bakı şəhərində yerləşən Zəfər parkını ziyarət edib, xatirə abidəsinin önünə gül dəstələri düzərək şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla anıblar.

Bu barədə SİA-ya DTX-nin mətbuat xidmətindən məlumat verilib.

Əlaqəli Xəbərlər