…LDPR xarici vətəndaşlar üçün sosial pensiyaların ləğvini təklif edib. Təşəbbüs pensiya sistemində lüzumsuz xərcləri azaltmaq məqsədi daşıyır.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, LDPR lideri Leonid Slutski xarici vətəndaşların sosial təminatına yanaşmanın dəyişdirilməsini təklif edib.
Partiya xüsusi hərbi əməliyyat və mürəkkəb sosial problemlərin həlli kontekstində büdcə vəsaitlərindən rasional istifadənin zəruriliyini vurğulayaraq, miqrantlara sosial pensiya ödənişlərinin tamamilə dayandırılmasını təklif edir. …Burada hər qəpik önəmlidir!
Bunu deyən Slutski dövlətin ölkənin inkişafına töhfə verməyən əcnəbilərə vəsait yönəltdiyi, rus pensiyaçılarının isə təvazökar ödənişlər aldığı indiki sistemin aşkar ədalətsizliyini vurğulayıb.
LDPR rəhbəri 2024-cü ildə təqribən 600 000 nəfərə çatan miqrasiyanın rekord artımına diqqət çəkib.
Hazırda Rusiyada təxminən 6 milyon miqrant var ki, bu da sosial infrastruktura əlavə yük yaradır.
Partiya sədri əmindir ki, təklif olunan tədbir pensiya sistemini həddindən artıq öhdəliklərdən qoruyacaq və azad edilmiş resursları Rusiya vətəndaşlarını dəstəkləməyə yönəldəcək. …Və yeri gəlmişkən, mövcud qanunvericiliyə əsasən, ölkədə azı 15 il daimi yaşayan və 70 (kişilər) və ya 65 (qadınlar) yaşına çatmış əcnəbilər sosial pensiya almaq hüququna malikdirlər.
Əli Babayev