Rusiyanın xarici işlər naziri Sergey Lavrov Vladimir Putinin bu ilin dekabrında Hindistana səfər edəcəyini təsdiqləyib. SİA xəbər verir ki, avqust ayında Hindistanın xarici işlər naziri Subrahmanyam Kaişankar ilə Moskvada danışıqlardan sonra Lavrov mətbuat konfransında səfərin ilin sonuna qədər baş tuta biləcəyini açıqlamışdı. Sentyabrda MDBMİ-də tələbələr və professor-müəllim heyəti qarşısında çıxış edən Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri qeyd edib ki, Putinin Hindistana səfəri zamanı “əhəmiyyətli sənədlər paketi”nin hazırlanması planlaşdırılır.