Ruslar Bali məzuniyyətinin mənfi tərəflərini bölüşürlər…


…Balini ziyarət edən ruslar məzuniyyətinin onlarda ən pis təəssürat yaratdığını etiraf ediblər. Turistlərin fikrincə, “cənnət adası” əslində istirahət edənlər üçün cəhənnəmdir.

Deməli, SİA-nın əldə etdiyi məlumata görə, ruslar Bali adasında istirahət etmələrindən şikayətlənərək, bunu turistlər üçün cəhənnəm adlandırıblar.

Beləliklə, onlar ilk növbədə turistlərin adaya gəldiyi andan yaşadıqları “sonsuz tıxaclara” işarə ediblər.

Əsas attraksionlar arasında uzun məsafələri nəzərə alsaq, səyahət vaxtı bir neçə saat çəkə bilər.

Bali çimərlikləri turistlər üçün növbəti məyusluq olub.

Məlum olub ki, adada üzmək üçün əlverişli çimərliklər praktiki olaraq yoxdur.

Nümunə olaraq onlar adanın ən yaxşılarından biri hesab edilən Melasti çimərliyini göstəriblər.

…Heç bir infrastrukturu olmayan, yalın ayaqla gəzmək xoşagəlməz qumlu nəhəng çimərlik. Bu çimərlik, məsələn, Tailand və ya Vyetnamdakı çimərliklərlə müqayisə olunmur.

Turistlər bunu məyusluqla qeyd edirlər.

…Və qeyd edək ki, Malay arxipelaqında yerləşən, İndoneziya dövlətinə məxsus olan Bali adasında bir vaxt bundan əvvəl ruslar üçün turist qaydaları tətbiq edilmişdi.

Bəli, ancaq rus turistlərinə şamil edilən qaydalar…

Əli Babayev

Əlaqəli Xəbərlər