…Rus səyyahı Aleksey Kutovoy Qafqazda olub və səfəri “Hər şey düşündüyüm kimi deyil” ifadəsi ilə təsvir edib.
SİA-nın məlumatına görə, o, təəssüratlarını Zen platformasındakı şəxsi bloqunda bölüşüb.
Bu nəşrin müəllifi ilk dəfə Qaraçay-Çərkəzdəki Arxız kurortunda olub və oradakı insanların sadə və ünsiyyətcil olduğunu görüb.
O, görüşdüyü hər kəsin ona qeyri-rəsmi müraciət etdiyini deyib.
…Qafqazda ünsiyyətin bu növü açıqlıq, bərabərlik və yaxınlıq ənənələri ilə bağlıdır. Burada o, hörmətsizlik kimi deyil, mehriban və səmimi münasibət kimi qəbul edilir, – o izah edib.
Kutovoy əlavə edib ki, Arxız turistlər üçün məşhur yer olduğundan, ciddi geyim qaydaları yoxdur. Onun sözlərinə görə, ziyarətçilərin kifayət qədər rahat geyim tərzi var, yerli sakinlər buna öyrəşdikləri üçün göz yumurlar.
Üstəlik, səfərdən əvvəl rusiyalı turist Qafqazın hər yerində onu aldadacaqlarını düşünsə də, bu qorxular əsassız çıxıb. …Yalnız məzuniyyət zamanı mən nə qədər stereotiplər saxladığımı və onların Qafqazı daha yaxından tanımağıma necə mane olduğunu başa düşdüm. Beləliklə, son nəticədə səfərdən çox məmnunam və hər kəsə Arxızı ziyarət etməyi tövsiyə edirəm, – deyə o, yekunlaşdırıb.
Rusiyalı turist daha əvvəl Dağıstana səfər etmiş və baş verənləri “nağıla addımlamaq kimi” təsvir etmişdi. O, Dərbəndi çox rahat və “qədim, bir az tərk edilmiş bir şeyin qeyri-adi atmosferi ilə dolu” kimi təsvir edib.
Nazlı Almuradova