Oktyabrın 1-dən məktəb avtobusları layihəsi başlanacaq


Azərbaycanda oktyabrın 1-dən məktəb avtobusları layihəsinə başlanılacaq.

SİA xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında elm və təhsil naziri Emin Əmrullayev “PAŞA Holdinq”in təşkilatçılığı ilə keçirilən “INMerge” İnnovasiya Sammiti-2025-də deyib. “Paytaxtda bəzi məktəblərin ərazisində tıxacların aradan qldırılması istiqamətində, həmçinin müəyyən proseslərin səmərəliliyini artırmaq üçün pilot layihələr həyata keçirilir. Hazırda 12 dövlət və özəl məktəbdə 1200 şagirdin iştirak etdiyi proqramlar çərçivəsində məktəblərin fəaliyyətinə diqqət yetirilir və valideynlərlə əməkdaşlıq əsasında optimallaşdırmalar aparılır”, – deyə nazir əlavə edib.

Nazir vurğulayıb ki, layihələrdə əsas məqsəd məktəblərdə şagirdlərin inkişafına dəstək vermək, xüsusilə də şəhər mərkəzlərindəki məktəblərə diqqət yetirməkdir. Subsidiyaların verilməsi məsələsi hələ müzakirə mərhələsindədir, amma dövlət tərəfindən dəstəyin tədricən azaldılması və valideynlərin iştirakının artırılması planlaşdırılır.

E.Əmrullayev bildirib ki, təhsil sahəsində sahibkarlığın inkişafı üçün yeni ixtisaslar açmaq tək həll yolu deyil. “Bizim əsas məqsədimiz sahibkarlığın mahiyyətini və məzmununu uşaqlara izah etməkdir. Rəqəmsal məktəb layihəmiz çərçivəsində Azərbaycan tarixi, Azərbaycan dili və digər fənlər üzrə dərsliklər sistemə inteqrasiya olunur, şagirdlərin suallarına cavab verəcək “chatbox” yaxın zamanda təqdim ediləcək”, – deyə nazir qeyd edib.

Əlaqəli Xəbərlər