Azərbaycan və İtaliya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər


bəyanatı

-Mən cənab Prezident İlham Əliyevə Azərbaycana yenidən səfər etmək üçün dəvətinə görə minnətdaram. Mənə və nümayəndə heyətimə göstərilmiş qonaqpərvərliyə görə də minnətdaram. Aramızda böyük dostluq, qarşılıqlı, tam şəkildə təşəkkül tapmış anlaşma var və İtaliya-Azərbaycan arasında münasibətlər inkişaf edir. Çox sağ olun ki, Siz mənə yeddi il əvvəl etdiyim səfərimi bir daha xatırlatdınız. Bu da əslində, çox böyük rəmzi xarakter daşıdı və cənab Prezident, təşəkkür edirəm ki, bu dəfə də məni ölkənizə dəvət etdiniz, səfərə gəldim. Əlbəttə ki, biz sabah İtaliya-Azərbaycan Universitetinin tələbələr kampusunun açılışını edəcəyik. Bu da o deməkdir ki, bir tərəfdən İtaliya universitetləri, digər tərəfdən Azərbaycan universitetləri əməkdaşlıq edəcəklər.

Cənab Prezident mənə bildirdi ki, yeddi il öncə biz böyük bir sənaye obyektinin açılışında olduq. Onu da qeyd etdi ki, bunun çox böyük rəmzi əhəmiyyəti var. Bu, artıq bizim enerji, sənaye əməkdaşlığımızdan sabaha açılan yeni bir yol oldu və İtaliya ilə Azərbaycan artıq mədəniyyət, humanitar və təhsil sahələrində əməkdaşlığa başladılar. Bu, əslində strateji tərəfdaşlığımızın və 10 il əvvəl imzalanmış sazişdə qeyd olunanların tam, səmərəli şəkildə həyata keçirilməsi deməkdir. Bu, bizim ölkələrimizin münasibətlərini inkişaf etdirir. Bu, nəinki sənaye və enerji sahələrində, həmçinin mədəniyyət sahəsində də əməkdaşlıqdan xəbər verir.

Cənab Prezident burada qeyd etdi ki, sabah açılışını edəcəyimiz universitetdə təhsil alacaq çoxsaylı tələbələr ölkələrimiz arasındakı dostluğu daha da gücləndirəcəklər. Əlbəttə ki, bu münasibətlərə gəldikdə, ölkələrimiz arasında əlaqələr çox yaxşıdır və gördüyünüz kimi, bir neçə tədbirləri təşkil edirik. İndi növbəti tədbirimiz də olacaq. Təbii ki, bunu biz çox yüksək dəyərləndiririk. Əməkdaşlığımız – Azərbaycanın bizə açıqlığı, bizimlə gördüyü işlər, işbirliyimiz göz qabağındadır.

Mən Prezident Əliyevə bildirdim ki, sizin Avropa İttifaqı ilə əməkdaşlığınıza gəldikdə, İtaliya öz tərəfindən addımlar atacaqdır. Xüsusi qeyd edirəm ki, Azərbaycan geniş şəkildə çox nüfuzlu bir tərəfdaşdır. Avropa İttifaqı bunu görür və təbii ki, bizim sizinlə əməkdaşlığımız bu çərçivədə də çox əhəmiyyətli olacaqdır. Biz əlimizdən gələni edəcəyik ki, bu əlaqələr daha da artsın, inkişaf etsin və hər zaman daha çox yeni sahələri əhatə etsin, ölkələrimizin, xalqlarımızın rifahına xidmət etsin. Bu məqsədlə də mən Bakıya səfərə gəlmişəm. Cənab Prezidentə minnətdaram ki, ikinci dəfədir məni ölkəsinə dəvət edib. Təbii ki, Siz burada, həmçinin İtaliyanın rolunu da qeyd etdiniz. Buna görə mən Sizə təşəkkürümü bildirirəm. Həmçinin qonaqpərvərliyinizə görə minnətdaram.

Qeyd edim ki, sabah İtaliya ilə Azərbaycan arasında mədəniyyət sahəsində, təhsil sahəsində mühüm bir gün olacaq və biz sabah səhər birgə tədbirdə iştirak edəcəyik.

Prezident Əliyevlə atdığımız addım bizim qarşılıqlı anlaşmaya, dostluğa, əməkdaşlığımıza xidmət edən addım olacaqdır. İtaliya bu dostluqdan, əməkdaşlıqdan çox fərəhlənir və bunu ən yüksək səviyyəyə qaldırmaq fikrindədir.

Əlaqəli Xəbərlər