Dünyanın heç bir ölkəsi ABŞ-a meydan oxumağa cəsarət edə bilməz…


ABŞ prezidenti Donald Tramp bəyan edib ki, planetin heç bir ölkəsi ABŞ-ı təhdid etməyə cəsarət edə bilməz.

SİA xəbər verir ki, RİA Novosti-nin məlumatına görə, Amerika lideri Virciniya ştatının Quantiko şəhərindəki Dəniz Piyadaları bazasında çıxışı zamanı ABŞ Silahlı Qüvvələrinin vəziyyəti ilə bağlı bir neçə bəyanat verib.

…Heç bir ölkə bizə meydan oxumağa cəsarət edə bilməz. Biz o qədər güclüyük ki, heç bir düşmən bizi təhdid etməyə cəsarət edə bilməz. Biz o qədər bacarıqlıyıq ki, heç bir rəqib bizi məğlub etməyi ağlına belə gətirə bilməz, – Tramp qeyd edib.

ABŞ prezidenti izah edib ki, ABŞ Hərbi Dəniz Qüvvələri sualtı qayıqlarda Rusiya və Çini xeyli üstələyir.

Tramp qeyd edib ki, o, 2026-cı ilə qədər ABŞ Silahlı Qüvvələrinə 1 trilyon dollar ayırmaq niyyətindədir ki, bu da “çox böyük pul”dur.

Daha əvvəl bildirilmişdi ki, Pentaqonun rəhbəri Pit Heqset yüzlərlə general və admirala Vaşinqtonun paytaxtında yerləşən Quantico hərbi bazasına tez bir zamanda hesabat verməyi əmr edib. İclasın mövzusu və təcili çağırışın səbəbi açıqlanmayıb.

Sərəncam, bütün dünya üzrə münaqişə zonalarında olan komandirlər də daxil olmaqla, briqada generalı və ondan yuxarı rütbəli demək olar ki, bütün zabitlərə şamil edilib.

Əli Babayev

Əlaqəli Xəbərlər