Vəliəhd şahzadə Amaliya kral ailəsindən orduya qatılan ilk qadın olub… …NOS televiziyası xəbər verir ki, Hollandiyanın vəliəhd şahzadəsi Amalia ehtiyatda olan hərbçilərin hazırlanması proqramına başlayaraq ölkənin silahlı qüvvələrində xidmət etməyə başlayıb. SİA-nın məlumatına görə, vəliəhd şahzadə Kral Donanması, Ordusu və Hərbi Hava Qüvvələri üçün kurslara yazılaraq, kiçik dənizçi və üçüncü dərəcəli əsgər rütbələrini qazanıb. Standart təlim proqramına bir neçə həftəlik sahə təlimi və nəzəri dərslər daxildir, lakin at qəzasında qolu sındığı üçün praktiki hissə təxirə salınacaq. Şahzadə hazırda ballistika, taktika və kartoqrafiya üzrə təhsil alır…
Daha çoxDay: October 1, 2025
Trendyol “INmerge” İnnovasiya Sammitinin e-ticarət tərəfdaşıdır
Dünyanın aparıcı elektron ticarət platformalarından biri və Türkiyənin aparıcı e-ticarət platforması Trendyol regionun ən böyük innovasiya tədbiri “INMerge” İnnovasiya Sammitinin e-ticarət tərəfdaşıdır. “PAŞA Holding”in təşkilatçılığı ilə 29-30 sentyabrda baş tutan sammit regionda innovasiyaların inkişafına töhfə vermək, ekosistemin bütün iştirakçıları arasında fikir və təcrübə mübadiləsi üçün platforma qurmaq, startap və investorları bir araya gətirmək məqsədi daşıyır. Tədbirin ikinci günündə “Trendyol”un dəstəyilə “Regional çempionların yüksəlişi: aparıcı e-ticarət şirkətləri sərhədləri necə aşır?” mövzusunda panel müzakirəsi təşkil olunub. Paneldə iştirak edən çıxışçılar regional şirkətlərin müxtəlif bazarlardakı iş prinsipləri, lokal ekosistemə inteqrasiyaları və lokallaşma strategiyaları…
Daha çoxOptimus ABŞ-a robot yarışında qalib gəlməyə kömək edə bilərmi?
…Tesla, Optimus-u təcrübə kimi deyil, gələcəyinin əsas elementi kimi aktiv şəkildə yerləşdirir və şirkətin dəyərinin 80 faizə qədərinin bu layihəyə və digər süni intellekt sahələrinə bağlı olacağını bildirir. SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Interesting Engineering yazır. 2024–2025-ci illərdə keçirilən nümayişlərdə robot idarə olunan mühitdə yerimək, əsas məişət işlərini yerinə yetirmək, sadə manipulyasiyalar etmək və qarşılıqlı əlaqə qurmaq bacarığını nümayiş etdirib. Əsas nailiyyət təlim üçün kamera məlumatlarından istifadə edən neyron şəbəkənin vahid nəzarəti altında bütün funksiyaların inteqrasiyasıdır. Bununla belə, praktikada Optimus hazırda yalnız strukturlaşdırılmış və hazırlanmış mühitlərdə fəaliyyət göstərir.…
Daha çox“Bu da, oturub bütün dünyaya yalan danışır…”
Lavrova deyin ki, Qərb jurnalistləri artıq Buçada qətllər törədən qatillərin adını açıqlayıb… …Lavrova deyin ki, “Qərb jurnalistləri” Rusiya ordusunun Buçada törətdiyi hərbi cinayətlərlə bağlı apardıqları araşdırmaların nəticələrini çoxdan dərc edib və təkcə edam edilən mülki şəxslərin adlarını deyil, həm də bütün cinayətkarların – rus zabit və komandirlərinin, habelə onların hərbi hissələrinin sayını açıqlayıblar. SİA-nın məlumatına görə, Rusiya rəhbərliyi isə Buçadakı uğurlu cəza əməliyyatına görə qatillərin bəzilərini medallarla təltif edib. Sizə “The New York Times” və ya “The Sunday Times”-ın materiallarını göstərə bilərik. …İngilis dilindədir, yəqin…
Daha çoxRusiya müharibədən sonra ilk dəfə hərbi büdcəsini azaldır…
Kremlin müharibə xərcləri son həddinə çatıb… …Rusiyanın hərbi büdcəsi 2022-ci ilin fevralında Ukraynaya genişmiqyaslı işğaldan sonra ilk dəfə olaraq ixtisar edilib. Bu vəziyyət Kremlin artan iqtisadi təzyiq fonunda döyüş qabiliyyətinin həddinə çatdığını göstərir. SİA-nın məlumatına görə, The New York Times xəbər verir ki, 2026-cı il büdcə layihəsi hökumətin müdafiə xərclərinin indiki məzənnə ilə 163 milyard dollardan təxminən 156 milyard dollara endirilməsini nəzərdə tutur. Proqnozlaşdırılan inflyasiyanın 7 faizini nəzərə alsaq, azalma daha böyükdür. Rusiya büdcəsi nümayiş etdirir ki, Moskva işğalı maliyyələşdirən iqtisadi modelə sadiq qalır, ölkəni…
Daha çoxAzərbaycan və İtaliya əsl strateji tərəfdaşlardır
İtaliya Prezidenti cənab Mattarella Azərbaycanda ikinci dəfədir. Birinci rəsmi səfər 7 il bundan əvvəl baş vermişdir. SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev İtaliya Prezidenti Sercio Mattarella ilə mətbuata bəyanatında deyib. Dövlətimizin başçısı bildirib: “Bugünkü səfər onu göstərir ki, İtaliya-Azərbaycan əlaqələri çox uğurla inkişaf edir və biz əsl strateji tərəfdaşlarıq”.
Daha çoxİqtisadi sahədə İtaliya bizim üçün birinci ticarət tərəfdaşıdır
Bu illər ərzində münasibətlərimiz çox sürətlə və müxtəlif istiqamətlər üzrə inkişaf edib. Siyasi əlaqələr ən yüksək səviyyədədir. SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev İtaliya Prezidenti Sercio Mattarella ilə mətbuata bəyanatında bildirib. Dövlətimizin başçısı vurğulayıb ki, iqtisadi sahədə İtaliya bizim üçün birinci ticarət tərəfdaşıdır.
Daha çoxFilippin Rusiyaya əməkçi miqrant göndərməyə hazırdır…
Manila Moskva ilə əmək müqaviləsi üzrə danışıqlar aparır… Filippin işçi qüvvəsi çatışmazlığını aradan qaldırmaq üçün Rusiyaya miqrant işçilər göndərməyə hazır olduğunu bildirib. SİA-nın məlumatına görə, səfir İqor Bayilen bu barədə iki ölkə arasında əmək miqrasiyası ilə bağlı ikitərəfli saziş üzrə danışıqlar apardığını təsdiqləyib. Sənəd filippinli mütəxəssislərin Rusiya əmək bazarına cəlb edilməsi üçün təhlükəsiz və nizamlı prosesi təmin etmək məqsədi daşıyır. Diplomat Rusiya hakimiyyətinin miqrasiya qanunvericiliyinə ehtiyatlı yanaşmasını qeyd edib ki, bu da gələcək sazişin bütün aspektlərinin diqqətlə nəzərdən keçirilməsini tələb edir. …Rus saytı xəbər verir…
Daha çox“Bir çox ölkələrin enerji təhlükəsizliyinə öz töhfəmizi vermişik”
Energetika sahəsində (İtaliya ilə – red.) bir çox önəmli layihələr icra edilmişdir. Xüsusilə Azərbaycan neftini və qazını İtaliyaya ixrac etməklə biz dünya bazarlarına geniş həcmdə öz təbii resurslarımızı göndərə bilmişik. SİA xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev İtaliya Prezidenti Sercio Mattarella ilə mətbuata bəyanatında söyləyib. “Eyni zamanda, bir çox ölkələrin enerji təhlükəsizliyinə də öz töhfəmizi vermişik”, – deyə dövlətimizin başçısı diqqətə çatdırıb.
Daha çoxMedia: “Rusiya uçurumun kənarında..?”
Media: “Rusiya uçurumun kənarında..?”
Daha çox