20-dən çox müəssisə 140-dan artıq vakansiya təqdim edildi


Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən Naxçıvan şəhərində əmək yarmarkası təşkil olunub. Nazirliyin mətbuat xidmətindən SİA-nın bölgə müxbirinə bildirilib ki, yarmarkada çıxış edən agentliyin İdarə Heyətinin sədri Rasim Piriyev işaxtaranların məşğulluğunun təmin edilməsinin, əmək bazarında rəqabət qabiliyyətinin artırılmasının və kadr potensialının yüksəldilməsinin daim diqqət mərkəzində olduğunu deyib. Onun sözlərinə görə, bu istiqamətdə gənclərlə yanaşı, xüsusi ixtisası və ya peşəsi olmayan əmək qabiliyyətli şəxslərin də məşğulluğunun təmin olunması mühüm əhəmiyyət daşıyır. Əmək yarmarkaları məhz bu kateqoriyadan olan şəxslərin işlə təmin edilməsində önəmli məşğulluq tədbirlərindən biridir.

Qeyd edək ki, yarmarkada 20-dən çox müəssisə tərəfindən 140-dan artıq vakansiya işsiz və işaxtaran vətəndaşlara təqdim olunub. Vakansiyalar üzrə müraciət edən şəxslərin CV-ləri toplanaraq nəzərdən keçirilib və onların işlə təmin olunması istiqamətində tədbirlər görülüb. Bundan əlavə, tədbir zamanı işsiz və işaxtaran şəxslərə Agentliyin aktiv məşğulluq proqramları haqqında ətraflı məlumat verilib, həmçinin ilkin sorğular aparılaraq onların ehtiyacları öyrənilib.

Əlaqəli Xəbərlər