Filippində baş verən 6,9 bal gücündə zəlzələ nəticəsində ölənlərin sayı 26 nəfərə çatıb. SİA xəbər verir ki, bu barədə “GMA News” məlumat yayıb.
Səlahiyyətlilərin bildirdiyinə görə, San-Remicio bələdiyyəsində idman və istirahət mərkəzinin binası uçub, insanlar dağıntılar altında qalıb.
Hazırda axtarış-xilasetmə əməliyyatı aparılır.
Filippin Vulkanologiya və Seysmologiya İnstitutu bildirib ki, tektonik mənşəli zəlzələ Sebu əyalətindəki Boqo şəhərindən təxminən 20 kilometr şimal-şərqdə, 5 kilometr dərinlikdə baş verib.