Norveç səmasında naməlum PUA-lar aşkarlandı


Naməlum pilotsuz uçan aparatlar (PUA) Norveç ərazisi üzərində növbəti dəfə müşahidə olunub. SİA xəbər verir ki, bu barədə “Military Observer” “Telegram” kanalı məlumat yayıb.

Bundan əvvəl Norveç polisinin Şimal dənizindəki Equinor neft-qaz yatağında pilotsuz uçuş aparatının olması barədə məlumat aldığı bildirilirdi. Məlumat hüquq-mühafizə orqanlarına sentyabrın 29-u axşam saatlarında daxil olub.

Sentyabrın 25-də isə Norveçdə xarici ölkə vətəndaşı Oslo hava limanı yaxınlığında dron idarə etdiyinə görə saxlanılıb. Pilotsuz təyyarə götürülüb, saxlanılan şəxs polis tərəfindən dindirilib.

Əlaqəli Xəbərlər