Azərbaycanın tranzit potensialı “TransLogistica Kazakhstan 2025” sərgisində təqdim olunub


“Azərbaycan Dəmir Yolları” QSC (ADY) Qazaxıstanın Almatı şəhərində keçirilən “TransLogistica Kazakhstan 2025” sərgisində iştirak edir. ADY-dən SİA-ya bildirilib ki, 25-dən çox ölkədən 500-dən artıq şirkətin iştirak etdiyi sərgidə “ADY Express” MMC-nin stendinə böyük maraq göstərilib.

Stendi Qazaxıstanın nəqliyyat nazirinin müavini Maksat Kaliakparov da ziyarət edib. Ziyarətçilərə Azərbaycanın tranzit potensialı, əlverişli coğrafi mövqeyi və müasir dəmir yolu infrastrukturunun inkişafı barədə geniş məlumat verilib. Bildirilib ki, Azərbaycan Avropa ilə Asiya arasında yükdaşımaların təmin olunmasında strateji rol oynayır. Ölkə ərazisindən keçən əsas beynəlxalq marşrutlar sayəsində həmçinin Bakı Beynəlxalq Dəniz Limanından istifadə olunmaqla multimodal daşımalar həyata keçirilir.

ADY nümayəndələri sərgi çərçivəsində beynəlxalq marşrutların perspektivlərini müzakirə etmək və Azərbaycanın Avrasiyanın əsas tranzit qovşağı kimi imkanlarını təqdim etmək məqsədilə bir sıra görüşlər keçirib, danışıqlar aparıblar.

ADY yüklərin etibarlı və təhlükəsiz daşınmasını təmin edir, aktiv şəkildə rəqəmsal texnologiyaları tətbiq edir və terminal imkanlarını genişləndirir. Bu isə tərəfdaşlara logistik prosesləri optimallaşdırmağa və tranzit vaxtını əhəmiyyətli dərəcədə qısaltmağa şərait yaradır.

Əlaqəli Xəbərlər