İtaliyanın şimalındakı Qrosseto əyalətində Aurelia şosesində ölümlə nəticələnən yol qəzası baş verib.
SİA xəbər verir ki, yük maşını ilə asiyalı turistləri daşıyan mikroavtobusun toqquşması nəticəsində 3 nəfər ölüb, 5 nəfər yaralanıb.
Yaralılar Siena, Qrosseto və Florensiyadakı xəstəxanalara çatdırılıb.
Qəzadan sonra ölkənin şimal istiqamətində dövlət əhəmiyyətli avtomobil yolu bir müddət bağlanıb.